Accessibility links

Məlahət Nəsibova: Naxçıvan Azərbaycanın laboratoriyasıdır [Video-müsahibə]


Hüquq müdafiəçisinin fikrincə Naxçıvanda vəziyyət indi gərgindir, pərdə arxası ciddi proseslər gedir

Naxçıvan Demokratiya və Qeyri Hökumət Təşkilatlarının İnkişafının Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova Amerikanın Səsinə müsahibəsində Naxçıvanda insan hüquqları sahəsində vəziyyət və korrupsiyadan danışıb.

Amerikanın səsi: Naxçıvanla MR-i ilə Azərbaycan Respublikasında insan haqlarının durumunu müqayisə edəndə yerli durumu necə qiymətləndirərdiniz?

Məlahət Nəsibova: Əslində son illərin gərginliyi Azərbaycanın bütün regionlarına təsir edib. Eyni zamanda Naxçıvana da təsir edib.
İndi, hal-hazırda Bakıda yaşananlar bir neçə il əvvəl Naxçıvanda yaşanıb.
Biz hər zaman müsahibələrimizdə demişik, Naxçıvan Azərbaycanın laboratoriyasıdır. İndi, hal-hazırda Bakıda yaşananlar bir neçə il əvvəl Naxçıvanda yaşanıb. Naxçıvanda siyasi məhbuslar olub, siyasi fəaliyyətlə məşğul olanlara, ictimai işlə məşğul olanların ofislərinə hücumlar edilib. Evlərdə axtarış aparılıb, bank hesablarına həbs qoyulub, Naxçıvandan çıxmaq yasaq edilib.

Bu hadisələri Naxçıvanda fəaliyyət göstərən insanlar yaşayıb. İndi, hazırda bunlar Bakıda və digər regionlarda təkrarlanır.
Bu onu göstərir ki, Naxçıvanda nisbi sakitlik deyilən bir şey var, o əslində nisbidir. Yəni Naxçıvanda da vəziyyət gərgindir, pərdə arxası ciddi proseslər gedir, Naxçıvanda da sözünü deyən insanlara təzyiqlər var. Son zamanlar Naxçıvandan insanlar köç etməyə başlayıb. Bu köç prosesi daha da şiddətlənib.

Amerikanın Səsi: Son zamanlar Naxçıvanda sosial durum necədir?

Məlahət Nəsibova: Naxçıvanda durğunluq var. Durğunluq deyəndə, məsələn bir vətəndaş kimi insanları çox da şən görmürəm. Bu ondan irəli gəlir ki, insanların iqtisadi durumu çox aşağı vəziyyətdədir.
İndi də insanlar dövlət orqanlarına şikayətlərini çatdıra bilmirlər.
Həm də yerli hakimiyyət insanların üzərinə o qədər basqı qurub ki, bu səbəbdən də psixoloji durum ağırdır. Bu da insanların həyatına çox böyük təsir göstərir. İndi də insanlar dövlət orqanlarına şikayətlərini çatdıra bilmirlər. Hər an onların evlərini əllərindən ala bilərlər. Hər an onları işdən çıxara bilərlər. İnsanlar basqı altındadırlar.

Amerikanın Səsi: Prezident bəyan edib ki, korrupsiya ilə ciddi mübarizə aparılır. Bununla bağlı ASAN xidməti yaradılıb. Naxçıvanda necə bu istiqamətdə islahatlar varmı?

Məlahət Nəsibova: ASAN xidmət bizdə yoxdur. Hələ bu xidmət bizim bölgəyə gəlib çıxmayıb. Ancaq korrupsiya ilə
Yüksək dövlət orqanlarından başlanılmalıdır.
bağlı mübarizə əslində yüksək təbəqələrdən başlanılmalıdır. Yüksək dövlət orqanlarından başlanılmalıdır.

Bizdə də bu mümkün deyil. Siyasi iradə olmasa bunu həyata keçirmək qeyri mümkündür.
XS
SM
MD
LG