Accessibility links

Son zamanlar bir çox kəskin zarafatlara tuş gələn birinci xanım onu və 10 yaşlı oğlunu hədəf alan Çelsi Hendler və digərlərinə cavab atəşi açmaq üçün özünə komanda yığır.

Variety veb səhifəsinə müsahibəsində Hendler Melaniyanın ingiliscə danışmaqda çətinlik çəkdiyini deyib. Daha sonra isə tviterdə “əgər çətinlik çəkirsənsə gözlərini qırp” deyib.

Trampın şəxsi vəkili Çelsiyə ilk cavabı verərkən sözlə ifadə edilə bilməyən davranışla Birinci Xanımı təhqir etdiyinə görə onu tənqid edib və qeyd edib ki, Birinci Xanım beş dildə danışır.

Təxminən eyni zamanda Saturday Night Live-ın ssenaristi Keti Riç tvitterdə “Barron Tramp ölkənin ilk evdə təhsil almış məktəb qatili olacaq” sözlərini yazıb. Bundan sonra qeyri-həssas və bağışlanmaz tvittinə görə üzr istəməsinə baxmayaraq şoudan uzaqlaşdırılıb.


Ağ Ev bildirib ki, prezidentin uşaqlarına siyasi diqqətdən kənarda olma imkanı verilməsi ənənəsi uzun müddətdir mövcuddur.

Belə, görünür Melaniya onu və övladını hədəf alanlara cavab vermək üçün tam hazırdır.

XS
SM
MD
LG