Accessibility links

Melaniya Trampın birinci xanım kimi rolu


ABŞ-ın birinci xanımı Melaniya Tramp Dövlət Departamentinin 2017-ci il Beynəlxalq Qadın Şücaəti mükafatlarını təqdim edib. Birinci xanım həyat yoldaşının iki ay bundan əvvəl inaqurasiyasından sonra ictimaiyyət arasında çox görünmür. Lakin ekspertlər bildirir ki, belə məhdud iştiraka baxmayaraq, qarşıdan gələn aylar Melaniya Tramp birinci xanım rolunda daha aktiv fəaliyyət göstərə bilər.

Vaşinqtonda Dövlət Departamentindəki mərasimdə birinci xanım Melaniya Tramp Beynəlxalq Qadın Şücaəti mükafatlarına layiq görülən qadınları salamladı.

Melaniya Tramp: “Bu qadınlardan hər birinin bizi təsəvvür olunduğundan daha artıq nəyəsə çatmaq üçün ruhlandıran bir şücaət hekayəsi var.”

Melaniya Tramp iki ay əvvəl həyat yoldaşının inaqurasiyasından sonra çox nadir hallarda ictimaiyyət qarşısına çıxıb.

Fevral ayında o, ictimaiyyət qarşısına ilk dəfə çıxaraq, Floridada Yaponiyanın baş nazirinin xanımını muzeydə və bağça gəzitinsində müşayiət edib.

Bundan sonra Melaniya Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu və onun xanımını qəbul edib. Növbəti dəfə o, ictimaiyyət qarşısında həyat yoldaşının Konqresdə çıxışı zamanı görünüb.

Rider universitetinin professoru Mira Qutinin sözlərinə görə, Melaniya Trampın oğlunun məktəbi bitirməsinə qədər Nyu Yorkda yaşaması qərarı başqa prezidentlərin xanımlarından fərqli olaraq onun ictimaiyyətin diqqətindən və həyat yoldaşının uzaq qalmasına səbəb olub.

“O əvvəlcədən də təmkinli görünürdü. Mən onun siyasətlə maraqlandığı, özü də prezident seçkilərinə kimi çox yüksək səviyyədə siyasətə maraq göstərdiynə əmin deyiləm. Mənə elə gəlir ki, onun özünü tam arxayın hiss etməsi üçün bir qədər vaxt lazımdır.”

Birinci xanım daha çox ənənəvi vəzifləərin icrasını yerinə yetirir. Bu ayın əvvəli o, Nyu Yorkda xəstəxanada uşaqlara kitab oxuyub, sonra isə Beynəlxalq Qadınlar günü münasibətilə naharda iştirak edib.

İnternetdə uşaqların təhqir və qorxudulmasına qarşı mübarizə, qadın və qızlara bərabər imkanlar Melaniya Trampın birinci xanım kimi diqqət verəcəyi əsas iki məsələdir. Bu, onu əvvəlki birinci xanımlarla bir səviyyəyə qoyur.

Mira Qutin: “Barbara Buş savadlılıq səviyyəsinin artırılmasının qızğın tərəfdarı idi. Lora Buş həm təhsil, həm də savadlılığa dəstək verirdi. Onlardan əvvəl Hillari Klinton səhiyyə xidməti imkanlarının tərəfdarı olmuşdu. Bütün bunlar birinci xanımların fəaliyyət sahələrini əhatə edir. Buna görə də uşaqların və gənclərin təhqir olunmasına qarşı mübarizə və qadınlara bərabər imkanlar onun sələflərinin dəstəklədiyi məsələlərlə bir araya sığır.”

Hazırda Melaniya Tramp birinci xanım kimi qlobal səhnədə roluna uyğunlaşmağa çalışır.

XS
SM
MD
LG