Accessibility links

Melaniya Tramp Səudiyyə Ərəbistanında görüşlərdə baş örtüyü olmadan iştirak edir


ABŞ-ın birinci xanımı Melaniya Tramp Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadda Amerika Beynəlxalq məktəbində görüş zamanı
ABŞ-ın birinci xanımı Melaniya Tramp Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyadda Amerika Beynəlxalq məktəbində görüş zamanı

ABŞ-ın birinci xanımı Melaniya Tramp həyat yoldaşı prezident Donald Trampın ABŞ lideri kimi ilk xarici səfərini etdiyi Səudiyyə Ərəbistanında görüşlərdə baş örtüyü olmadan iştirak edir.

İki il bundan əvvəl Tramp keçmiş prezidenti Barak Obamanı 2015-ci il yanvar ayında Səudiyyə Ərəbistanına səfər zamanı müşayiət edən o zaman birinci xanım Mişel Obamanı baş örtüyü geymədiyinə görə tənqid etmişdi.

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyad hava limanında
ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyad hava limanında

"Çox adam xanım Obamanı baş örtüyü geymədiyinə görə alqışlayır, amma onlar təhqir olunublar. Bizim kifayət qədər düşmənimiz var", Tramp o zamanı Tvitter səhifəsində mesajında yazmışdı.

Səudiyyə Ərəbistanı krallığının sərt geyim qaydalarına əsasən, səudiyyəli qadınlar və ölkəni ziyarət edən qadınların çoxu ictimai yerlərdə abaya adlanan qara rəngli geniş və uzun geyimdə olmalıdır. Səudiyyə Ərəbistanında qadınların çoxu saçlarını və üzlərini niqab adlanan örtüklə bağlamalıdır.

Birinci xanım Melaniya Tramp, ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanı kralı Salman
Birinci xanım Melaniya Tramp, ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanı kralı Salman

Lakin xaricilər üçün baş örtüyü tələb edilmir və xüsusilə də Qərb ölkələrindən gələn ziyarətçilər baş örtüyü geymir.

Xanım Tramp qara rəngli uzun geyimdə olsa da, o, baş örtüyü taxmayıb.
O, keçmiş birinci xanım Mişel Obama da daxil olmaqla, digər Qərb xanımlarının misalına davam edib.

Prezident Trampı Səudiyyə Ərəbistanına səfəri zamanı müşayiət edən qızı İvanka Tramp da görüşlərdə baş örtüyü olmadan iştirak edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG