Accessibility links

Merks Farmakologiya şirkəti unikal əməliyyata başlayıb

Xərcəng üzrə ekspertlərin bildirdiyinə görə, dəri xərçənginin müalicəsi üçün uzun müddətdir gözlənilən yeni qaydaların təsdiqi melanomanın müalicəsində misilsiz nəticələr verəcək. Bu həftə ABŞ-ın Ərzaq və Dərman Administrasiyası bu üsuldan istifadəyə yaşıl işıq yandırıb.

Merks Farmakologiya şirkətinin atni-xərçəng Keytruda bölməsi bədənin immun sisteminin cavab verməsinə dair unikal bir əməliyyata başlayıb. Belə ki, xərçəng şişləri immun sitemini sıradan çıxarır. Lakin Keytruda züllalardan istifadə etməklə immun sisteminin müqavimətini artırır.

Pembrolizumab adlı dərman preparatı çox az yan təsirləri olmaqla, effektivlik nümayiş etdirir. Adi kimya terapiyası xərcəng hüceyrələrini məhv etməklə yanaşı, ciddi yan təsirlərinə malikdir.

ABŞ-ın Ərzaq və Dərman Administrasiyası uzunmüddətli təhlükəsizlik sınaqlarından sonra Keytruda üsulunu təsdiq edib.

173 xəstə üzərində keçirilən sınaqlar onların 25 faizinin xərçəngdən müalicə olunduğunu göstərib. Pozitov effekt 8.5 ay ərzində əldə edilib.

Lakin dərmanların qiyməti olduqca bahadır. Merksin bildirdiyinə görə, onlar ayda 12 min dollar tələb edir. Keytrudanın fəaliyyətləri nəzərə alınsa, müalicə üsulu 150 min dollar təşkil edir.

XS
SM
MD
LG