Accessibility links

Məmməd Ənsari: Milli fəallar Azərbaycan Respublikasında güney gerçəklərini olduğu kimi təsvir etmirlər [Audio]


Məmməd Ənsari

Məmməd Ənsari

“Güney və Quzey Azərbaycan aydınları birbirlərinin yaşadığı toplumu yaxşı tanımır, birbirini yaxşı anlamırlar,” deyə Azərbaycan Respublikasında ali təhsil almış təbrizli bəstəkar Məmməd Ənsari 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibəti ilə Amerikanın Səsinə verdiyi müsahibədə söyləyir. 1998-ci ildən etibarən 7 il Azərbaycan Respublikasında yaşamış Ənsari müsahibədə iki toplum arasındakı bənzərliklər və fərqlər haqda öz düşüncələrini ifad edir.

Biz Quzey toplumuna Güney Azərbaycanla bağlı doğru bilgi vermirik. 30 miliondan artıq türkün farsların əlində əsir olduğunu deyirik. Ancaq, quzeylilər güneyə gedəndə fərqli bir təsvir müşahidə edirlər...

Quzeydə rus dili və kültürünün buraxdığı təsirin sənət və siyasət sahələrində də əks ediliyini önə çəkən təbrizli sənətçi güney toplumunda da fars kültürünün bənzər rol oynadığını söyləyir.

“Rus və fars kültürləri iki toplumda dərin təsir buraxmış və bu toplumlar siyasət və sənət açısından dünyaya o pəncərədən baxırlar,” Ənsari bildirir.

Məmməd Ənsarinin sözlərinə görə, iki toplumun aydınları və sənətçiləri arasında mövcud olan anlaşılmazlıq Arazın hər iki tayı haqda həqiqətlərin oduğu kimi əks edilmədiyindən qaynaqlanır.

“Biz Quzey toplumuna Güney Azərbaycanla bağlı doğru bilgi vermirik. 30 miliondan artıq türkün farsların əlində əsir olduğunu deyirik. Ancaq, quzeylilər güneyə gedəndə fərqli bir təsvir müşahidə edirlər, onlar bir çox türkün yaxşı yaşadığını görür... o cümlədən, ticarət sahələrində müvəffəqiyyətli olduqlarını görürlər,” deyə Məmməd Ənsari Türk dilini önə çəkməyənlərin güney toplumunda uğurlu ola biləcəyini vurğulayır.

Goldsmiths - London Universitetində musiqi üzrə doktorluq dərəcəsi üzərində çalışan güneyli sənətçi güney və quzey sənətçilərinin birgə iştirakı ilə həyata keçirilmiş hər hansı ciddi bir fəaliyyət, əsər ya layihəni müşahidə etmədiyini deyir.

Azərbaycan Respublikasında güney məsələsini səsləndirənlər, bəzi istisnalar xaricində, adətən demokratik çərçivələrdə fəaliyyət edən insanlar olmurlar.

Ənsarinin sözlərinə görə, “Azərbaycan Respublikasında güney məsələsini səsləndirənlər, bəsi istisnalar xaricində, adətən demokratik çərçivələrdə fəaliyyət edən insanlar olmurlar.”

O, istisnalar arasından hazırda həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılın adını çəkir.

Məmməd Ənsari güney və quzey aydınları arasında birgə fəaliyyətlərin həyata keçirilməsi üçün şüar və şişirtmələrdən ibarət olan yanlış təsvirlər yerinə gerçəklər üzərində durmağın gərəkli oluduğunu vurğulayır.

XS
SM
MD
LG