Accessibility links

AXCP sədrinin müşaviri saxlanılıb


Məmməd İbrahim
Məmməd İbrahim

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim sentyabrın 30-da Nərimanov rayon Polis İdarəsində Azərbaycan Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə başlanmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib ki, bu məlumatı Məmməd İbrahimin özü telefonla ona xəbər verib.

Qanunvericiliyə görə, şəxs 48 saatdan artıq şübhəli şəxs qismində saxlanıla bilməz. Bu müddətdə ya təqsirləndirilən şəxs qismində ona qarşı ittiham irəli sürülməli, ya da sərbəst buraxılmalıdır.

Gğzəl Bayramlının Facebook səhifəsində yazdığına görə, cinayət işi bir müddtə əvvəl AXCP sıralarından uzaqlaşmış Razi Nurullayevin rəhbərlik etdiyi "AXCP Etimad Qurultayı" kimi təqdim edilən qurumun üzvü olan Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanıb. Mikayıl Quliyev şikayətində göstərib ki, Məmməd İbrahim küçədə ona qəfil hücum edərək vurub.

Məmməd İbrahim isə əksinə Mikayıl Quliyevin onu təhqir etdiyini və hücum çəkdiyini bildirib.

Öz növbəsində, Razi Nurullayev deyilənləri təkzib edib.

"Məmməd İbrahim özü şər atır. Bizə qarşı böhtan və söyüşlərin arxasında duranlardan biri də Məmməd İbrahimdir".

Razi Nurullayev partiya sıralarından uzaqlaşanadək AXCP sədrinin müavini olub.

Hüquq-mühafizə orqanları AXCP sədrinin müşavirinin saxlanması ilə bağlı hələ şərh verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG