Accessibility links

AXCP sədrinin müşaviri barəsində iki aylıq həbs qətimkan tədbiri seşilib


Məmməd İbrahim (Foto Sancaq facebook səhifəsindən götürülüb)
Məmməd İbrahim (Foto Sancaq facebook səhifəsindən götürülüb)

Bakının Nərimanov rayon Məhkəməsində hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə AXCP sədrinin müşaviri Məmməd İbrahim barəsində iki ay həbs qətimkan tədbiri seçilib.

Məmməd İbrahimin vəkili Yalçın İmanovbildirib ki, qərardan apellyasiya şikayəti veriləcək. Eyni zamanda, Məmməd İbrahimin azadlıq hüququnun qanunsuz məhdudlaşdırılmasından məhkəmə nəzarəti qaydasında ayrıca şikayət veriləcək.

“Hakim həbs qərarını oktyabrın 3-də saat 15.20-də gəlib elan etdi.Halbuki, Məmməd İbrahimin şübhəli şəxs qismində saxlanma müddəti oktyabrın 2-də saat 23.30-da başa çatmışdı. Bu isə o deməkdir ki, o, təxminən 16 saat ərzində formal da olmasa, məhkəmə qərarı olmadan, qanunsuz şəkildə saxlanılıb. Bu isə Avropa Konvensiyasının 5-ci maddəsinin pozuntusudur ki, ondan şikayət verəcəyik”,vəkil bildirib.

Onun sözlərinə görə, hakim qərarı elan edəndən sonra Məmməd İbrahim dostlarına mesaj göndərib.

“Bircə onu dedi ki, “dostlar möhkəm olsunlar, hər şey qaydasındadır”, vəkil qeyd edib.

Xatırladaq ki, AXCP sədrinin keçmiş müavini Razi Nurullayevin yaratdığı yeni qurumun üzvü olan Mikayıl Quliyev adlı şəxsinşikayət ərizəsi əsasında sentyabrın 30-dan şübhəli şəxs qismində saxlanılan Məmməd İbrahimə qarşı oktyabrın 2-də Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb.

AXCP sədri Əli Kərimli müşaviri barəsində çıxarılan məhkəmə qərarına münasibət bildirib.

Əli Krimli facebook səhifəsində yazıb ki, müşavirinə qarşı Cinayət Məcəlləsinin 221.1. (xuliqanlıq) maddəsi ilə cinayət işi düzüb -qoşublar.

“Bu maddənin sanksiyasında ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmaq nəzərdə tutulur. Gördüyünüz kimi, sanksiyada nəzərdə tutulan cəzaların ikisi azadlıqdan məhrumetmə ilə bağlı deyil. Cinayət işinin özünün saxta olması bir tərəfə, bu maddə ilə ittiham olunan şəxsə qarşı 2 aylıq həbs qətimkan tədbiri seçmək hüquqi absurdur, ölkədə hüququn rəsmən dəfn edilməsidir.

Gen və dərin qazın. Əlbəttə, bir gün qazdığınız hüquqsuzluq quyusuna özünüz də düşərsiniz!”, deyə o qeyd edib.

XS
SM
MD
LG