Accessibility links

Məhkəmə AXCP sədrinin müşavirini həbsdə saxlayıb [Video]


Vəkil: Məmməd İbrahimin həbsi siyasidir
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Vəkil: Məmməd İbrahimin həbsi siyasidir

Məmməd İbrahim xuliqanlıqda ittiham olunur, o ttihamı qəbul etmir

Oktyabrın 8-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin 2 ay həbsi ilə bağlı şikayətini təmin etməyib. Bu barədə Amerikanın Səsinə vəkil Yalçın İmanov bildirib.

Yalçın İmanov
Yalçın İmanov

Onun sözlərinə görə, M.İbrahimin xuliqanlıq ittihamı ilə həbsi və məsuliyyətə cəlb olunması üçün heç bir əsas yoxdur.

Vəkil qeyd edib ki, M.İbrahim müxalifət partiyasının fəalı olması ilə əlaqədar siyasi motivlərlə həbs olunur. Növbəti həftə müdafiə tərəfi həbsin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət qaldıracaq.

M.İbrahim sentyabrın 30-da Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.1 maddəsi (xuliqanlıq) üzrə şübhəli şəxs kimi saxlanılıb. Oktyabrın 1-də bu maddə üzrə ona ittiham irəli sürülüb ki, bu da 1 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Oktyabrın 3-də Nərimanov Rayon Məhkəməsi onu barəsində 2 ay həbs qətimakna tədbiri seçib.

Məmməd İbrahimin məhkəməsi
Məmməd İbrahimin məhkəməsi

M.İbrahimin cinayət məsuliyyətinə cəlb olunmasına AXCP sədrinin keçmiş müavini Razi Nurullayevlə birlikdə partiyanı tərk etmiş Mikayıl Quliyevin şikayəti səbəb olub.

Belə ki, sentyabrın 29-da M.İbrahim və M.Quliyev arasında baş verən münaqişə zamanı sonuncunun köynəyi cırılıb.

AXCP hesab edir ki, partiyanın gözdən salınması və zəiflədilməsi məqsədilə M.İbrahimə qarşı təxribat törədilib.

XS
SM
MD
LG