Accessibility links

AXCP sədrinin müşavirinin məhkəməsi davam edib


Məmməd İbrahim (Foto Sancaq facebook səhifəsindən götürülüb)
Məmməd İbrahim (Foto Sancaq facebook səhifəsindən götürülüb)

Yanvarın 11-də müxalifətdə olan Xalq Cəbhəsi Partiyasının sədrinin müşaviri, xuliqanlıqda ittiham olunan Məmməd İbrahimin işi üzrə məhkəmə prosesində zərərçəkmişlərdən biri çıxış edib.

Oruc Vəliyev iddia edib ki, 2015-ci il noyabrın 29-da o, Nərimanov rayonunda bir çayxananın qarşısında İbrahimi və Mikayıl Quliyevi ayırmağa çalışıb, amma müxalifətçi ona hücum edib və bir neçə zərbə vurub. İstintaq onun sağlamlığına az ağır ziyan vurulması haqqında məhkəmə-tibbi ekspertiza rəyini təqdim edib.

Lakin İbrahimin sözlərinə görə, Vəliyev hadisə zamanı ümumiyyətlə orada olmayıb.

Vəkil Yalçın İmanovun suallarına zərərçəkmiş Vəliyev istintaqda verdiyi ifadələrinə zidd cavablar verib.

Belə ki, o, məhkəmədə etiraf edib ki, oktyabrın 1-də polisə müraciət edib, baxmayaraq ki, ibtidai istintaqda hadisə iştirakçıları ilə birlikdə onu da polisə apardıqlarını bildirmişdi.

Vəliyev məhkəmədə bildirib ki, İbrahim ona yumruq zərbəsi vurub, istintaqda isə bir neçə zərbə vurulduğunu iddia edib.

O, ifadələrindəki ziddiyyəti yaddaşının pis olması və hadisələri dərk etmək qabiliyyətinin olmaması ilə izah edib. Bununla əlaqədar olaraq vəkil Vəliyevin adekvatlığının müəyyən edilməsi üzrə məhkəmə-tibb ekspertizası keçirilməsi haqqında vəsatət qaldırıb. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Yanvarın 22-də növbəti iclasda vəkil təkrarən vəsatət irəli sürmək niyyətindədir.

Vəkil İmanov bildirib ki, ittihamın sadə “xuliqanlıq”dan “ictimai asayiş keşikçisinə qarşı güc tətbiq etməklə xuliqanlıq” olaraq gücləndirilməsi üçün Oruc Vəliyev və Məhəmməd Qurbanov “keçmiş tarixlə” zərərçəkmiş qismində cəlb edilib.

Xatırladaq ki, İbrahim AXCP sədrinin keçmiş müavini Razi Nurullayevlə birlikdə təşkilatı tərk etmiş keçmiş partiya üzvü Mikayıl Quliyevin şikayəti ilə həbs edilib. Lakin əvvəlki iclasda Quliyev İbrahimə qarşı şikayətindən imtina edib.

AXCP-də hesab edirlər ki, İbrahimə qarşı partiyanın gözdən salınması məqsədilə təxribat törədilib. İlkin olaraq İbrahimə qarşı CM-in 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Sonradan istintaq köhnə tarixlə iki “zərərçəkmiş” cəlb edib və ittihamı 221.2.2-ci maddəyə tövsif edib. Bu maddə üzrə o, 5 ilədək azadlıqdan məhrum edilə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG