Accessibility links

Amerikalılar bu gün hərbi xidmətdə olarkən vəfat edənləri yad edən Xatirə Gününü qeyd edirlər.

Ölkə boyu bir çox icmalar müharibə qəhramanlarının xatirəsini paradlar, vətənpərvərlik konsertləri və digər mərasimlərlə yad edir.

Dünən minlərlə motosikletçi hər il olduğu kimi Vaşınqton şəhərindən keçib. Rolling Thunder adı alan bu yürüş diqqəti müharibə məhbusları və müharibədə itkin düşənlərə çəkmək məqsədi daşıyır.

Prezident Barak Obama həftəlik müraciətində Xatirə Gününün vacibliyindən danışıb və ölkəyə xidmət zamanı həlak olan hərbi geyimli kişi və qadınların xatirəsini anıb.

O, Əfqanıstan müharibəsi başa çatdıqdan sonra ilk dəfə keçirilən bu ilki Xatirə Gününün daha mühüm olduğunu qeyd edib.

Əvvəllər Müharibə Qəhrəmanları günü adlanan bu gün ilk dəfə 600 min insanın ölümünə səbəb olmuş ABŞ Vətəndaş müharibəsindən 3 il sonra - 1868-ci ildə Arlinqton Milli Qəbiristanlığında qeyd edilib.

ABŞ-da Xatirə Günü hər il may ayının sonuncu həftəsinin bazar ertəsi günü qeyd edilir.

XS
SM
MD
LG