Accessibility links

İran Azərbaycanında heyvansevərlik və heyvan hüquqları mövzusuna həsr edilmiş və kimsəsiz heyvanlara yardım edən bir qadının hekayəsindən bəhs edən türkcə sənədli film çəkilib.

Müəllif və rejissoru Leyla Novruzi olan “Mən İsmətəm” adlı sənədli film haqda İLNA (Iranian Labour News Agency) agentliyi fevralın 29-da məlumat yayıb.

Yaxında ölkə daxili və xaricində keçirilən film festivallarına təqdim ediləcək filmin sejeti haqqında İLNA bunları yazıb.

Mən İsmətəm filmi Azərbaycanda icarəyə götürdüyü evdə yaşamasına baxmayaraq, iki qızı ilə bərabər bütün vaxtını kimsəsiz və küçə heyvanlarına üçün sərf edən İsmət adlı bir qadının hekayəsidir. O hər gün və bütün mövsümlərdə sahibsiz heyvanları yedizdirmək və müalicə etməklə məşğul olur. İsmət bu işinə görə bəzən əhalinin təhqirləri və zorakılığına məruz qalaraq, dəli və əqli zəifliyi olan bir şəxs hesab edilir.”

İranda kimsəsiz heyvanlara yardım etmək, eləcə də onların ölümü ya öldürülməsini önləməyə dair fəaliyyətlərdə Təbriz nümunəvi şəhər kimi tanınır.

Show comments

XS
SM
MD
LG