Accessibility links

Digər bir tanınmış demokrat senator İranla nüvə razılığının əleyhinə səs verəcəyini açıqlamaqla Konqresin bu razılığı qəbul edəcəyini daha da qeyri-müəyyən edir.

Nyu-Cersidən Robert Menendez deyib ki, prezident Barak Obama razılığın İranın nüvə istehsalı proqramını həmişəlik dayandıracaq deməsi ilə səhvə yol verir.

Menendez həmçinin bildirib ki, İslam rejimi keçmişdə nüvə ambisiyalarından əl çəkəcəyi barədə verdiyi vədlərə əməl etməyib.

Nyu-Yorklu senator Çak Şumer də ötən ay nüvə razılığının əleyhinə səs verəcəyini demişdi.

Prezident Obama Konqres nüvə razılığının əleyhinə səs verdiyi təqdirdə veto qoyacağını deyib. Vetonu qarşılamaq üçün Konqresin kifayət qədər səs toplaya biləcəyi məlum deyil.

İran, ABŞ və digər beş dünya qüdrəti arasında əldə edilən razılığa İranın nüvə silahı istehsal edə bilməməsi üçün uran zənginləşdirməsini azaldması və vədə əməl edəcəyini yoxlamaq üçün beynəlxalq müfəttişllərin hərbi obyektlərə buraxılması daxildir.

Bunun qarışılığında altı dünya qüdrəti İran iqtisadiyyatını zəiflədən sanksiyaları yüngülləşdirəcək.

XS
SM
MD
LG