Accessibility links

Prokurorluq dələduzluq və mənimsəmə aşkar edib


Rüşvət alarkən
Rüşvət alarkən

Azərbaycanın Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi hər iki faktla bağlı cinayət işi başlayıb. Hər iki faktın müəyyən edilməsində “qaynar xətt” köməyə gəlib.

Azərbaycanın Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi iki halda mənimsəmə faktlarını aşkarlayıb. Hər iki fakt “qaynar xətt” xidmətinə müraciət əsasında müəyyənləşib.
Belə ki, artıq “Veysəloğlu” MMC-nin əməkdaşları barəsində
cinayət işi başlanıb. Aparılmış audit yoxlaması ilə cəmiyyətin satış şöbəsinin satış təmsilçilərinin hesabında 39 min 42 manat məbləğində çatışmazlıq aşkar edilib və bununla da müəssisənin qanunla qorunan mənafeyinə külli miqdarda ziyan vurulub.
Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Digər halda isə Şamaxı rayon sakini Pərvin Əsgərovun Ramiz Hüseynov tərəfindən aldadılaraq pulunun mənimsənilməsi müəyyən edilib.
Müəyyən edilib ki, R.Hüseynov özünü iş icraçısı kimi təqdim etməklə P.Əsgərovun etibarından sui-istifadə edərək Bakı şəhərində elektrik stansiyasına mühafizəçi vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadaraq ondan 1.800 manat məbləğində pul almaqla dələduzluq edib.
Fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG