Accessibility links

ABŞ-ın təhsil ocaqlarında əqli problemli tələbələrə ilkin yardım göstəriləcək [Video]


Əqli problemli tələbələrə ilkin yardım
please wait

No media source currently available

0:00 0:03:29 0:00
Kannektikut ştatının Nyutaun şəhərində baş verən silahlı hücumdan sonra prezident Barak Obama zorakılıqların qarşısının alınması ilə bağlı təkliflər irəli sürüb.

Co Samaha Virciniya Texniki Universitetində kütləvi güllələnmə hadisəsi barədə eşidəndə çox narahat oldu, çünki onun qızı Rima orada oxuyurdu. “Mən rəqəmlərə baxırdım və sayın artdığını gördükdə, fikirləşdim ki, nə isə baş verir, Rimaya zəng etməliyəm” - deyə, Co bildirir.

Lakin o, cavab vermədi. Universitet tələbəsi Seyunq Hui Çuy Rimanı, digər 31 nəfəri, sonra isə özünü öldürmüşdü. Professor Lusinda Roy Çuya 2005-ci ildə dərs deyib. “O, pıçıltı ilə danışırdı. Məsələn mən ondan soruşanda “işlərin necədir bu gün ?”, o, bir anda “yaxşıdır” deməzdi. Onun cavabı 20 saniyə çəkərdi.”

O zaman Roy bilmirdi ki, Çuyda “seçimli lallıq” xəstəliyi var ki, bu, onu bir çox hallarda danışmaqdan saxlayırdı. Həmyaşıdları bəzən onu ələ salırdı.

Professor Roy Çuya yardım edilməsinə çalışsa da bunun nəticə vermədiyini deyir.
“Bizim məsləhətiçilərimizə adambaşı 1750 tələbə düşür. Nisbət budur, rüsvayçılıqdır.”

Virciniya ştatından qanunverici Rob Krupiçka belə bir qətliamın bir daha baş verməyəcəyinə əmin olmaq istəyir. “Mənim fikrimcə, müəllimlər silahla təmin edilməkdənsə, məktəbdə əqli problemi olan şagirdləri müəyyən etmək üçün onlara bilgilər verilməlidir.”

Qanunverici Virciniya məktəbləri müəllimlərinə əqli problemlərlə bağlı xüsusi kurslar keçirilməsi üçün 2.5 milyon dollar başa gələcək bir layihə hazırlayıb. O, artıq bəhrəsini verən proqramların olduğunu deyir.


Siyahıda “Ruhi Xəstələrə İlkin Yardım” kursları birinci yerdədir. “Ruhi Xəstələrə İlkin Yardım” kursları gündə 12 saat ruhi xəstəliklər və belə xəstəliklərin riskləri ilə bağlı məlumatlar verir.

“Ruhi Xəstəliklərə İlkin Yardım” kurslarından təlimatçı Lesli Roberts kursların eləcə də ruhi xəstəlik damğasının silinməsinə yardım etdiyini deyir. “Biz məsələləri mühakimə müstəvisindən çıxaraq, beyindəki kimyəvi qeyri-balansdan əziyyət çəkən tələbələr üçün yaxşı həyat yaşamaq müstəvisinə gətirməliyik.”

Bu sinifdə tələbələr qulağına səs gələn tələbənin başqaları ilə söhbətləşməkdə necə çətinlik çəkdiyini öyrənirlər. Sosial işçi Tianha Qrant deyir ki, burada tələbələrə başqalarının şəxsi böhranını sezmək öyrədilir. “Hər kəs burada nə isə öyrənir, ona görə ki, biz cəmiyyətimizin təhlükəsiz olmasına çalışırıq.”

Rimanın atası Co Samaha dövlətin belə kursların keçirilməsi üçün vəsait ayırmasının düzgün addım olduğunu düşünür.
XS
SM
MD
LG