Accessibility links

Mənzil- Kommunal İstismar Sahəsinin mühəndisi rüşvətlə yaxalanıb


Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 18 saylı Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi Səməd Quliyev rüşvət alarkən yaxalanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, mühəndis S.Quliyev Bakı sakinindən yaşadığı evin özəlləşdirilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinə təqdim edilməsi üçün tələb olunan yaşayış evinin plan ölçüsü və 2 saylı formanın verilməsindən ötrü 1000 manat pul tələb edib. S.Quliyev iyunun 21-də xidməti otağında 500 manat pulu vətəndaşdan rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

S.Quliyevin barəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və barəsində təqsirləndirilən şəxs qismində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG