Accessibility links

Müğənni Meri J Blaycın atası Tomasın bıçaqlandıqdan sonra ağır vəziyyətdə olduğu deyilir. Yerli mətbuat yazır ki, Miçiqan ştatında sevgilisi ilə məişət zəminində başlamış münaqişə sonradan fiziki hücuma çevrilib.

Məlumata görə məşhur müğənninin kollecdə təhsil alan atası dərslərinə hazırlaşan zaman səs eşidib. Səsə bayıra çıxarkən Tomas keçmiş sevgilisinin onun avtomobilinin təkərlərini boşaltdığını görərək müdaxilə etmək istəyib. İnsident məhz bu zaman baş verib.

Boynundan bir neçə bıçaq yarası aldıqdan sonra xəstəxanaya aparılan Tomas Blaycın vəziyyəti hal-hazırda ağırdır.

Müğənninin 63 yaşlı atası keçmiş sevgilisi ilə əvvəllər də mübahisə edib. Eyni qadının oktyabr ayında da məişət zəminində zorakılıqda ittiham edildiyi deyilir. Meri atası ilə o qədər də yaxın münasibətlər saxlamasa da, bu xəbər onun üçün ən azı olduqca xoşagəlməzdir.
XS
SM
MD
LG