Accessibility links

Almaniya kansleri Əfqanıstana səfər edib. Angela Merkel NATO-nun sülhməramlı qüvvələri tərkibində o ölkədə xidmət göstərən alman əsgərlərlə görüşüb.

Kanslerin səfəri bir həftə əvvəl Əfqanıstanın şimal bölgəsində bir alman əsgərinin öldürülməsindən sonraya təsadüf edir.

Almaniya Əfqanıstandakı beynəlxalq qüvvələr tərkibində əsgər sayına görə üçüncü yerdədir. NATO qüvvələrinə 4200 alman əsgəri daxildir.
XS
SM
MD
LG