Accessibility links

Almaniya kansleri Angela Merkel deyib ki, Rusiyanın Ukraynadakı münaqişədə fəaliyyətini davam etdirdiyi müddətdə dünyanın aparıcı sənaye ölkələrinin yığıncağına qatılmasını təsəvvür etmək belə mümkün deyil.

Bu gün Berlində Almaniya Parlamentində çıxış edən xanım Merkel Kiyev hökumətinə qarşı döyüşən separatşıları dəstəkləyən Rusiyanın gələn ay Bavariyada keçiriləcək "Yeddilər" qrupunun yığıncağında iştirak etməyəcəyini deyib.

Almaniya kansleri Rusiyanın 2013-cü ildə Vilnüsda keçirilən sammitdə iştirak etdiyini, lakin bunun beynəlxalq qanunlara zidd olaraq, Moskvanın Krım yarımadasını ilhaqından əvvəl olduğunu deyib. Xanım Merkel Rusiyanın beynəlxalq qanunlara kökündən riayət etmədiyi müddətdə "Böyük 8-lər"in yenidən bərpasının mümkün olmayacağını bildirib.

Bu gün axşam xanım Merkel Avropa Birliyi və Şərqi Avropa ölkələri Gürcüstan, Azərbaycan, Ermənistan, Belarus, Moldova və Ukrayna liderlərinin toplaşdığı yığıncağında iştirak etmək üçün Latviyanın paytaxtı Riqaya yola düşür. Rusiya prezidenti Vladimir Putin yığıncaqda iştirak etməyəcək.

XS
SM
MD
LG