Accessibility links

Razılığa əsasən Avropa Birliyi üzvləri beynəlxalq yardım agentliklərinə 1,1 milyard dollar ianə edəcəklər

Almaniya kansleri Angela Merkel Suriyadakı zorakılıqlardan qaçan miqrantlarla bağlı qətnamənin Birləşmiş Ştatlar, Rusiya və Yaxın Şərqin köməkliyi ilə həyata keçəcəyini deyir.

Merkel həmçinin digər Avropa Birliyi liderləri ilə əldə olunan razılıqdan qane olduğunu bildirir. Bu razılığa əsasən Avropa Birliyi üzvləri ölkələrinin yaxınlığında yerləşən düşərgələrdə qaçqınlara yardım edən beynəlxalq yardım agentliklərinə 1,1 milyard dollar ianə edəcəklər.

Cümə axşamı kansler Merkel Almaniya parlamentində qaçqın böhranı ilə bağlı çıxış edib. Almaniya ən çox qaçqın qəbul edən ölkədir.

Bu razılıq cümə axşamı Brüsseldə başa çatan fövqəladə zirvə görüşündə əldə olunub.

Avropa Birliyinə üzv 28 ölkə Livan, İordaniya və Türkiyə kimi milyonlarla suriyalı qaçqını qəbul edən ölkələrə yardımı artırmaq qərarına gəlib.

Bundan əlavə onlar noyabrın sonunadək “qaynar nöqtələr” yaratmaq üzərində razılaşıblar. Bu qaynar nöqtələrdə Avropa Birliyi ekspertləri sürətli bir şəkildə insanları müəyyən edib, qeydiyyatdan keçirə biləcəklər.

Ölkələrin Avropaya axın edən miqrantların bölüşdürülməsi ilə bağlı razılıq əldə edib-etmədikləri isə aydın deyil, baxmayaraq ki, çərşənbə axşamı daxili işlər nazirləri 120 min qaçqının yerləşdirilməsi üçün ölkələrə görə kvota qəbul ediblər.

XS
SM
MD
LG