Accessibility links

Avropa liderləri miqrant böhranına dair razılaşmanı müzakirə etmək üçün Türkiyədədir


Almaniya kansleri Angela Merkel, Avropa Şurasının prezidenti Donald Taskın müşayiəti ilə Qaziantepdəki Nizip qaçqın düşərgəsində

Almaniya kansleri Angela Merkel, Avropa Şurasının prezidenti Donald Taskın müşayiəti ilə Qaziantepdəki Nizip qaçqın düşərgəsində

Almaniya kansleri Angela Merkel və Avropa İttifaqının digər rəsmiləri tərəflər arasında Avropaya miqrant axınının qarşısının alınması məqsədilə əldə edilmiş razılıqla bağlı yaranmış gərginliyi azalmaq məqsədilə Türkiyədə səfərdədir.

Angela Merkel, Avropa Şurasının prezidenti Donald Task və Avropa Komissiyasının birinci vitse-prezidenti Frans Timmermans Suriya ilə sərhəddə yaxın Qaziantep şəhərində Baş nazir Əhməd Davudoğlu tərəfindən qarşılanıb.

Türkiyədə səfərdə olduğu müddətdə Merkel və Avropa İttifaqının nümayəndə heyətinin qaçqınlarla görüşü və uşaq müdafiə mərkəzini ziyarət edəcəyi gözlənilir. Səfər zamanı Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə birgə mətbuat konfransı və bağlı qapılar arxasında razılaşma ilə əlaqədar müzakirələrin keçirilməsi planlaşdırılıb.

Nizip qaçqın düşərgəsi

Nizip qaçqın düşərgəsi

Avropa İttifaqı ilə razılaşma

7 milyardlıq razılaşmaya əsasən, Yunanıstan sahillərinə yetişmiş miqrantların Türkiyəyə qaytarılması və bunun əvəzinə türklərin Avropaya vizasız səfər etməsinə icazə verilməsi nəzərdə tutulur.

Üç həftə bundan əvvəl qüvvəyə minmiş razılaşmanın məqsədi Yunanıstana qeyri-qanuni yolla gələn miqrantların sayının azaldılmasından ibarətdir. Lakin Beynəlxalq Miqrasiya Təşkilatının bildirdiyinə görə, son zamanlar Yunanıstana gündə 150 nəfərlə qayıqların gəldiyi müşahidə ediilr.

Türkiyə bayrağı altında üzən sərnişin gəmisi Lesbos adasından miqrantları Türkyəyə qaytarır

Türkiyə bayrağı altında üzən sərnişin gəmisi Lesbos adasından miqrantları Türkyəyə qaytarır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqı Türkiyə vətəndaşlarının vizasız səfərlərinə icazə verilməsi haqda vədinə əməl etmədiyi təqdirdə ölkəsinin razılaşmanın şərtlərinə əməl etməyəcəyi ilə bağlı xəbərdarlığından sonra diplomatik münasibətlərdə gərginlik yaranmışdır.

Merkel və Avropa ölkələrinin nümayəndələri növbəti addım olaraq viza haqda tövsiyələrin təqdim ediləcəyini bildirib. Lakin onların bildirdiyinə görə bu, Türkiyənin razılaşmada nəzərdə tutulduğu kimi öz tərəfindənşərlərə əməl etdiyi və qaçqınları təhlükəsiz sığınacaq verdiyi halda ediləcək.

Amnesty International təşkilatı da daxil olmaqla, insan haqları qrupları Türkiyə hərbi qüvvələrini Suriya qaçqınlara qeyri-qanuni olaraq atəş açdığı və onları müharibə gedən ölkəyə qaytardığını bildirib.

Amnesty International cümə günü Avropa nümayəndə heyətini Türkiyədə "qaçqınların hüquqlarının pozulması hallarına göz yummamağa" çağırıb.

XS
SM
MD
LG