Accessibility links

Riçard Hoaqland: Yeni İpək Yolu təşəbbüsü iqtisadi əlaqələri daha da artıracaq


Riçard Hoaqland

Riçard Hoaqland

ABŞ dövlət katibinin köməkçisinin birinci müavini Riçard Hoaqland aprelin 28-də Latviyanın sədrliyi və Avropa İttifaqının Mərkəzi Asiya siyasəti mövzusunda keçirdiyi forumda çıxış edib.

Forum Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbi/Qafqaz və Mərkəzi Asiya İnstitutunda keçirilib.

Riçard Hoaqland bildirib ki, Mərkəzi Asiyanın beş ölkəsinin hər biri Rusiya, Çin, Birləşmiş Ştatlar və Avropa İttifaqı arasında balanslaşdırılmış siyasət aparmaqla müəyyən qədər çoxvektorlu xarici siyasət yürüdürlər.

“Ötən bir il ərzində mən bu beş ölkənin hər birinin ikitərəfli əlaqələrə düzəlişlər etdiyini və tədricən həm Birləşmiş Ştatlara və Avropa İttifaqına, eləcə də bir-birlərinə münasibətdə bir qədər açıq siyasət yürütdüklərini müşahidə etmişəm. Hesab edirəm ki, bu Ukraynada baş verən hadisələr, eləcə də Əfqanıstanın gələcəyi ilə bağlı olan narahatlıqlarla əlaqədardır”.

Avropa İttifaqının 2014-2020-ci illər üzrə Mərkəzi Asiya ilə bağlı olan yeddi illik büdcəsini bir milyard dollardan çox artırması avropalıların bu regiona böyük əhəmiyyət verdiyini açıq şəkildə göstərir.

O bildirib ki, Avropa İttifaqının 2014-2020-ci illər üzrə Mərkəzi Asiya ilə bağlı olan yeddi illik büdcəsini bir milyard dollardan çox artırması avropalıların bu regiona böyük əhəmiyyət verdiyini açıq şəkildə göstərir. R.Hoaqlandın sözlərinə görə, ABŞ-ın Mərkəzi Asiya siyasəti iki ayrı prinsipdən ibarətdir: (birincisi) stabil, təhlükəsiz Mərkəzi Asiya bizim təhlükəsizliyimizi gücləndirir və (ikincisi) regional sabitliyə ən yaxşı formada təhlükəsiz sərhədlərə malik, əhalisi və iqtisadiyyatı arasında qarşılıqlı əməkdaşlıq həyata keçirən, cavabdeh hökumətləri olan suveren, müstəqil Mərkəzi Asiya dövlətləri vasitəsilə nail olmaq olar.

Bu prinsiplərə əsaslanaraq biz üç əsas məqsədlərin həyata keçirilməsini dəstəkləyirik: (1) təhlükəsizlik və sabitlik, (2) ticarət və investisiya və (3) yaxşı idarəçilik və insan hüquqları.

Dövlət katibinin köməkçisinin birinci müavini hesab edir ki, Yeni İpək Yolu təşəbbüsünün məqsədi şimal-cənub və şərq-qərb ticarət şəbəkələri vasitəsilə Mərkəzi və Cənubi Asiya ölkələri arasında olan iqtisadi əlaqələri daha da artırmaqdır.

Yeni İpək Yolu təşəbbüsünün məqsədi şimal-cənub və şərq-qərb ticarət şəbəkələri vasitəsilə Mərkəzi və Cənubi Asiya ölkələri arasında olan iqtisadi əlaqələri daha da artırmaqdır.

“Biz bu əlaqələri Mərkəzi Asiyadakı tərəfdaşlarımıza dörd istiqamətdə köməklik göstərməklə artırmağı düşünürük: (birincisi) regional enerji bazarının qurulması, (2) ticarət və nəqliyyat marşrutlarının təkmilləşdirilməsi, (3) gömrük və sərhəd keçidinin müasirləşdirilməsi və (4) insanlar və müəssisələr arasında qarşılıqlı əlaqələrin qurulması. Əslində biz qlobal ticarət, investisiya və biliklərin paylaşmasından ibarət olan səmərəli şəbəkələri gücləndirməklə transmilli cinayətkarlıq, insan alveri və terrorizmdən ibarət olan digər nöqsanlı şəbəkələri aradan qaldırmağa çalışırıq”.

Riçard Hoaqland deyib ki, ABŞ-ın Yeni İpək Yolu təşəbbüsünün əsas diqqət mərkəzində Mərkəzi və Cənubi Asiya arasında şimal-cənub əlaqəsinin qurulması dayanırdı.

Çin və Hindistandan Mərkəzi Asiyaya, buradan Xəzər Dənizi vasitəsilə Cənubi Qafqaza, Türkiyəyə və Avropanın digər ölkələrinə qədər uzanan şərq-qərb şəbəkəsinin inkişafını dəstəkləməyi düşünürük.

“İndi isə biz eyni zamanda ABŞ-ın liderliyi sayəsində Avropa və Asiya arasında şərq-qərb bağlılığının daha da artırılmasının yollarını düşünürük. Bu təşəbbüsə başlamaq üçün altı ildən çox müddətdə biz Şimal Paylaşdırma Şəbəkəsi (ŞPŞ) vasitəsilə Əfqanıstana və buradan geriyə yüklərin daşınmasında Mərkəzi Asiyada, Cənubi Qafqazda olan tərəfdaşlarımız, Türkiyə və Avropanın digər ölkələri, o cümlədən Latviya ilə sıx əməkdaşlıq etmişik. İndi biz ŞPŞ çərçivəsində həyata keçirilən əməkdaşlıq sayəsində daha da güclənmiş sıx tərəfdaşlıq əlaqələrimizdən istifadə edərək Çin və Hindistandan Mərkəzi Asiyaya, buradan Xəzər Dənizi vasitəsilə Cənubi Qafqaza, Türkiyəyə və Avropanın digər ölkələrinə qədər uzanan şərq-qərb şəbəkəsinin inkişafını dəstəkləməyi düşünürük.

Bu ticarət dəhlizlərinin inkişaf etdirilməsi üçün bir sıra digər səylər də həyata keçirilir.

Ötən ay Konqresin birgə iclası zamanı Əfqanıstan prezidenti Qaninin vurğuladığı, Türkmənistan ərazisindən keçən Lapis Lazuli Dəhlizi də böyük ümidlər vəd edir. Eləcə də Qazaxıstandan keçərək Çinə qədər uzanan İpək Küləyi marşrutu. Biz eyni zamanda Avropadan Azərbaycana qədər uzanan Aİ-ın maliyyələşdirdiyi Şərq Tərəfdaşlığı Şəbəkəsini, eləcə də Azərbaycandan keçərək Xəzər Dənizinin üzərindən Mərkəzi və Şərqi Asiyaya qədər uzanacaq Trans-Qafqaz-Mərkəzi Asiya şəbəkəsini (TRACECA) də yaxından izləyirik. Eyni zamanda AYİB və AİB tərəfindən dəstəklənən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq şəbəkəsi də mövcuddur, bu şəbəkə bütün Mərkəzi Asiya dövlətlərinin ərazisindən keçərək qərbdə Azərbaycan, cənubda Pakistan və şərqdə Çinin ərazisinə qədər şaxələnir”, o qeyd edib.

Dövlət katibinin köməkçisinin birinci müavini problemləri də sadalayıb.

Biz eyni zamanda Avropadan Azərbaycana qədər uzanan Aİ-ın maliyyələşdirdiyi Şərq Tərəfdaşlığı Şəbəkəsini, eləcə də Azərbaycandan keçərək Xəzər Dənizinin üzərindən Mərkəzi və Şərqi Asiyaya qədər uzanacaq Trans-Qafqaz-Mərkəzi Asiya şəbəkəsini (TRACECA) də yaxından izləyirik.

“Yüksək tariflər, müasir tələblərə cavab verməyən gömrük prosesləri, mürəkkəb sərhəd-buraxılış sistemləri və digər sistematik problemlər də mal dövriyyəsinin qarşısını alır. Bütün bunlar ticarətin daha bahalı, ləng və daha kiçik formada həyata keçirilməsi ilə nəticələnir. Çox güman ki, Mərkəzi Asiya ölkələri arasındakı ticarətin səviyyəsinin aşağı olması onların Dünya Bankının yaydığı ölkələrin xarici ticarət dövriyyəsi reytinqində aşağı yerləri tutması ilə birbaşa bağlıdır.

Həyati əhəmiyyət kəsb edən şimal-cənub və şərq-qərb ticarət şəbəkələri ləngimələrin, tələb olunan sənədlər siyahısının və ümumilikdə çəkilən xərclərin, o cümlədən korrupsiyaya sərf olunan xərclərin azaldılması üçün tənzimləyici islahatların və regional əməkdaşlığın həyata keçirilməsini tələb edir. Bu maneələrin aradan qaldırılması regionun rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcəkdir. Bununla belə, ticarətə mane olan sistematik baryerlərin aradan qaldırılması hər şeydən əvvəl siyasi iradə, hökumətin müxtəlif səviyyələri və hökumətlər arasında koordinasiyanın olmasını tələb edir. Beləliklə biz bütün regiondakı diplomatik fəaliyyətimizi daha da artırmaq və resursları səfərbər etmək imkanımızdan istifadə edərək bu ölkələri bir araya gətirmək, gömrük və sərhəd keçidi kimi bəzi çətin problemlərin həllində öz köməkliyimizi göstərmək istəyirik”.

O deyib ki, bu yanaşmanın effektivliyini “CASA-1000” enerji layihəsi çərçivəsində əldə olunmuş uğurların nümunəsində görüb.

“Bu layihə çərçivəsində əvvəllər hər hansı bir inkişaf layihəsində birgə əməkdaşlıq etməmiş bir sıra ölkələr bir araya gəldilər. Ötən həftə İstanbulda keçirilmiş imzalanma mərasimindən sonra “CASA-1000” layihəsi artıq reallığa çevrilməyə daha da yaxındır.

Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın ən böyük və Özbəkistanın ikinci böyük ticarət tərəfdaşıdır, Çinin bu ölkələrə olan ixracının 80-90 faizini hazır məhsullar təşkil edir və əksinə Çinin bu ölkələrdən etdiyi idxalın 85 faizindən çoxu xammalın payına düşür.

Özünün İpək Yolu İqtisadi Kəməri və digər təşəbbüsləri vasitəsilə Çin, ticarət üçün həyati əhəmiyyət kəsb edən maliyyələşmə, planlamanın həyata keçirilməsində və infrastrukturun qurulmasında çox işlər görə bilər. Biz, Çinin Mərkəzi Asiya bölgəsinə yatırdığı sərmayələrin arzu olunan inkişaf olduğunu hesab edirik, çünki bu sərmayələr geniş, balanslaşdırılmış və dayanıqlı artıma gətirib çıxaracaqdır.

Mən burada balanslaşdırılmış ifadəsini xüsusi vurğulamaq istərdim, çünki Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın ən böyük və Özbəkistanın ikinci böyük ticarət tərəfdaşıdır, Çinin bu ölkələrə olan ixracının 80-90 faizini hazır məhsullar təşkil edir və əksinə Çinin bu ölkələrdən etdiyi idxalın 85 faizindən çoxu xammalın payına düşür. Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatında əlbəttə ki, ixracın diversifikasiyası baxımından inkişaf üçün müəyyən imkanlar vardır, burada bizim və Aİ-ın səyləri yerinə düşür.

Biz, Çinin iştirakını öz səylərimizə əlavə olduğunu hesab edirik – Mərkəzi Asiya hər bir kəsin “bütün gəmilərin üzməsini” istədiyi bir bölgədir. Əslində biz Çinlə məsləhətləşmələr aparırıq və ortaq maraqlarımıza cavab verən sahələrdə əməkdaşlıq etməyin yollarını nəzərdən keçiririk”, Riçard Hoaqland qeyd edib.

XS
SM
MD
LG