Accessibility links

Azərbaycan Mərkəzi Bankı 6 şəxsin adını terroru maliyyələşdirənlərin siyahısına əlavə edib


Mərkəzi Bank
Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində 4 nəfərin adı siyahıya əlavə olunub. Həmin şəxslər - Abd al-aziz Aday Zimin Al-fadhil, Abd Al-latif bin Abdallah Salih Muhammad Al-kawari, Hamad Awad Dahi sarhan Alshammari, Sa’d bin Sa’d Muhammad Shariyan Alkabidir.

Bu barədə APA agentliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının “Əl-Qaidə” Sanksiya Komitəsinin sentyabrın 21-də qəbul edilmiş qərarlarına uyğun olaraq sentyabrın 23-də ümumi siyahını yeniləyib.

Ümumi siyahı Nazirlər Kabinetinin qərarı ilə təsdoqlənmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən yenilənib.

Xatırladaq ki, Mərkəzi Bank bu il sentyabrın 3-də və 10-da daha iki şəxsin adını bu siyahıya əlavə etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG