Accessibility links

1926-cı ilin iyun ayının biri dünyaya gələn Norma Cen Mortenson sabitsizliyə həyatının ilk günüdən vərdiş etməyə başladı. Həyatını ruhi xəstəxanalarda keçirən anası tərəfindən xaç suyuna çəkilən və böyüdükdən sonra hər kəs tərəfindən sevilən, pərəstişkarlarının sevimlisi olan qadın aktrisa uşaq evində böyüyür.

O,16 yaşında təyyarə təmirçisi Ceyms Dauqti ilə evlənir və 20 yaşında artıq boşanır. Norma Cen saçını sarı rəngə boyayır və model olmağa qərar verir. Özünə yeni ad, Merilin Monro adı götürən model yeni adını 1956-cı ilədək sənədləşdirmir.

Gənc ulduzun parıltısı “Asfalt Cəngəllik,” “Eve Haqda” və “Meymun Biznesi” filmlərində oynadığı kiçik, amma yaddaqalan rollarının köməyi ilə artır.

Merilin Monronun “Niaqara,” “Dönülməz Çay” və “Centlimenlər Sarışınlara Üstünlük Verir” filmlərində yatadığı obrazlar onun seksual qadın imicinin formalaşmasına yol açır.

Merilin Monro fotoqrafları maqnit kimi özünə çəkir və filmlərin ictimayyətdə sevilməsinə səbəb olur.

Hər həftə Merlin iki və ya üç min pərəstişkarından məktublar alır.

Merilin Monro “Üç Xanım” adı ilə tanınan qrupa aid edilir. Digər iki nəfər Ceyn Mansfil və Mamie Van Doren idi. 20-ci Əsr Fox film istehsal şirkətinin prezidenti Darril Zanuk bir dəfə belə demişdi “Merilini heç kəs kəşf eləməyib, o, ulduz olmasında özündən başqa heç kəsə borclu deyil.”

1949-cu il təqvimində çılpaq çəkildikdə Merlin özünün ilk uğursuzluğu ilə qarşılaşır. İctimai qınağa məruz qalan Merlin avtomobilini təmir etdirmək üçün 50 dollara ehtiyacı olduğundan bunu etdiyini deyir. Sonralar zarafatla Tom Kelli onun şəklini çəkəndə tamamilə çıplaq olmadığını deyir.

Üç il sonra Hyu Hefner həmin şəkli özünün ilk Pleyboy jurnalında dərc etdirir. Beləliklə Merilinin həyatı ictimailəşir və getdiyi hər bir yerdə o, izdihamla qarşılaşır.

Zəmanənin ən seksual simvoluna çevrilən Merilinin amerikalı beysbol oyunçusu Co Diməccio ilə görüşməyə başlaması onun məşhurluğunu daha da artırır.

Onlar 1954-cü ilin yanvar ayında evlənir və bal aylarını Yaponiyada keçirir. Amma az sonra ailədə mübahisə başlayır. Əsasən də Merilin Conu tək buraxaraq Koreyadakı hərbiçiləri əyləndirməyə getdikdə.

Merilinin bal ayını yarımçıq qoyması bəlkə də Dimeccionun o qədər də xoşuna gəlməsin, amma Merilinin pərəstişkarları bundan şoka düşür.

Dörd olduqca soyuq gün Merilin 100 min hərbiçi qarşısında on şouda iştirak edir.

Bu arada Merilin Coya yazdığı məktubda onun üçün çox darıxdığını və uşaqlarının olmasını istədiyini yazır.

Amma təssüf ki, bu baş tutmur.

Merilin və Co ABŞ-a dönür və həmin ilin əvvəli Billi Uilderin “The Seven Year Itch” adlı komediya filmində çəkilməyə başlayır. Merilin rolun sözlərini yadda saxlamaqda çətinlik çəkdiyinə görə əfsanəvi vağzaldakı səhnənin çəkilişləri çətinliklə baş tutur.

Çəkilişlər kütlə tərəfindən izlənilir və bu artıq Dimeccionu təbdən çıxarır. Toydan 275 gün sonra Merilin boşanmağa ərizə verir.

Ssenarist Artur Millerlə evliliyi Merilinin yəhudiliyi qəbul etməsi ilə nəticələnir.

1956-cı ildə Merilin və britaniyalı aktyor Lorens Olivier “Şahzadə və Qarqız” filmində birgə çalışmaları üçün cütlük İngiltərəyə səyahət edir.

Merilinin astagəlliliyi və rolun sözlərini yadda saxlamaqda çətinlik çəkməsi yubanmalar və narazılığa səbəb olur.

Amerikada bu film şöhrət qazanmasa da, Merilin Fransa və İtaliyanın ən yaxşı xarici aktrisası mükafatlarının qalibi olur.

İngiltərədə ikən cütlük İngiltərə kraliçasının mərasiminə dəvət alır və kraliça Merilinə iltifat edir. Bəli, Norma Cen artıq nailiyyətlərinin zirvəsinə çatmaqda idi.

Davamı var.

XS
SM
MD
LG