Accessibility links

Fevralın 6-da Bakı vaxtı ilə saat 16 radələrində Avropa Parlamentində Azərbaycanda insan hüquqlarının pozulması mövzusunda dinləmələrin başlamasına 15 dəqiqə qalmış Bakıdan Skype vasitəsilə məruzəçi kimi müzakirə iştirakçılarına qoşulmalı olan jurnalist Xədicə İsmayılovanın yaşadığı evin elektrik enerjisi kəsilib.

Dinləmələr Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri çərçivəsində təşkil edilib.

İsmayılova hazırda şərti azadlıqdan məhrumetmə cəzası çəkir və buna görə onun ölkədən çıxışına qadağa qoyulub.

İsmayılova Facebook səhifəsində yazıb ki, maneələrə baxmayaraq müzakirələrə qoşula bilib.

“Əvvəl evimdə internet kəsildi. Sonra işıqlar söndürüldü. Sonra telefonumun qoşulduğu Azersell və Baksell mobil telefon şəbəkələrində internet kəsildi. Evimin yaxınlığında bir radarlı maşın dayanmışdı. Taksi çağırdım, antenaları dəyişərək, xətdə qalmağa çalışdım. Sonra bir yerdə tunelə girməməkçün taksini saxlatdım. Az sonra polislər tökülüşdülər. 3 Dövlət Yol Polisi avtomobili və bir neçə mülki geyimli mənim olduğum taksini saxlatdı, sürücü maşından çıxıb, onlarla danışırdı. Mən artıq çıxışımı bitirdim, sualları gözləyirdim. Bir də gördüm taksiyə polis oturdu. Cərimə meydançasına gedirik dedi. Bu arada təsadüfən Şahvələd Çobanoğlu (jurnalist-red) oradan keçirdi. Məni maşında görüb, saxladı. Məni onun maşınına keçirdilər, taksini isə heç bir səbəb olmadan cərimə meydançasına apardılar”, İsmayılova Facebook səhifəsində yazıb.

XS
SM
MD
LG