Accessibility links

İranlı alim riyaziyyat üzrə ən yüksək mükafatı alan ilk qadın olub


Məryəm Mirzəxani

Məryəm Mirzəxani

İranda anadan olmuş riyaziyyatçı alim Məryəm Mirzəxani riyaziyyat üzrə Filds medalı adı tanınan ən yüksək mükafata layiq görülmüş ilk qadın olub.

Riyaziyyat sahəsində Nobel mükafatına bərabər Filds medalı Məryəm Mirzəxaniyə Cənubi Koreya paytaxtı Seulda təqdim edilib.

Mükafatı alan Məryəm Mirzəxani onun əldə etdiyi naliyyətlərin gənc qadın alim və riyaziyyatçıları ruhlandıracağına ümid etdiyini deyib.

İranda anadan olub boya-başa çatan Məryəm Mirzəxani Harvard universiteitnin riyaziyyat fakülətisini bitirib. O hazırda Stanford universiteinin professorudur .

Filds medalı hər dörd ildən bir Beynəlxalq Riyaziyyatçılar Konqresi tərəfindən seçilən qaliblərə verilir.

Mükafata layiq görülən digər alimlər Fransadan Artur Avila, Prinston universitetindən Mancul Bharqava və Britaniyada Varvik universitetindən Martin Hayreredir.

XS
SM
MD
LG