Accessibility links

Məscidi yandıranlara 15 və 17 il həbs istənilib


Məhkəmə
Məhkəmə

Fevralın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Qaraçuxur qəsəbəsində məscidi yandırmaqda ittiham olunan Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu barədə virtualaz.org saytı məlumat yayıb.

Prosesə hakim Rauf Əliyev sədrlik edib. Prosesdə təqsirləndirilən Elnur Ələkbərov son söz deyib. Ələkbərov bildirib ki, məscidi Namiq Nəsirov yandırıb, o isə hadisə baş verən gün Namiqlə birlikdə taksidə olub, məscidin yandırılmasında iştirak etməyib. E.Ələkbərov günahının hadisə barədə hüquq-mühafizə orqanlarıa xəbər verməməkdə görüb.

Təqsirləndirilən şəxs 2007-ci ildən rəsmi olaraq Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olduğunu, bir neçə əməliyyatda iştirak etdiyini və terrorizmə nifrət bəslədiyini deyib.

Məhkəmənin növbəti iclası fevralın 29-na təyin edilib.

Dövlət ittihamçısı məhkəmədən E.Ələkbərovun 15 il, N.Nəsibovun isə 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

2014-cü ilin noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən “Cümə” məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılaraq yanğın törədilib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Namiq Nəsibov və Elnur Ələkbərov saxlanılıblar.

Onlar barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq), 228.2.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, N.Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında “PKK” terror təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. O, Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra E.Ələkbərov ilə birgə “PKK” terror təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıb. N.Nəsibov və E.Ələkbərov internetdə sosial şəbəkələr vasitəsilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG