Accessibility links

Meşələrdə kənd təsərrüfatı [Video]


Düzgün idarə olunsalara meşələr aclığı azaltmağa və qidalanmanı yaxşılaşdırmağa kömək edə bilərlər.

2050-ci ilə dünya əhalisinin 9 milyard olacağı gözlənilir. O zaman ərzağa olan ehtiyac iki dəfə artacaq. Bu ehtiyacları qarşılamaq problemi isə artıq təlaş yaradıb. Bu əsasən də hər gün ac yatan 800 milyon insan üçün böyük problemdir. Yeni nəhəng hesabata əsasən, düzgün şəkildə idarə olunsalar, dünya meşələri aclığı azaltmağa və qidalanmanı yaxşılaşdırmağa kömək edə bilərlər.

Digər mənbələrdən ərzaq almağa imkan olmayanda və ya tarlalar ərzaq yetişdirə bilmədiyində ağaclarda yetişən məhsullardan istifadə edə bilmək çox vacibdir

Sağlam meşə bizi yediyimiz faraş meyvələrin yarısı ilə təmin edir. Ağaclarda qidalandırıcı maddələrinin bol olduğu və dnüy bazarında tələb olunan qəhvə, avokado, anakardiya, qoz-fındıq və digər toxumlar kimi əhəmiyyətli məhsullar yetişir.

Bu məhsullar meşələrdə və ətrafında yaşayan insanları ərzaqla təmin edir, deyə hesabatı tərtib edən heyətə sədrlik edən Baskar Via bildirir.

“Bu sığorta kimidir. Digər mənbələrdən ərzaq almağa imkan olmayanda və ya tarlalar ərzaq yetişdirə bilmədiyində ağaclarda yetişən məhsullardan istifadə edə bilmək çox vacibdir.”

Bununla belə kənd təssərrüfatı meşəsizləşmənin əsas səbəblərindən biridir. Vira deyir ki, düzgün idarə olunduqda həm məşələri qoruyub həm də kənd təsərrüfatını inkişaf etdirmək olar. Hətta ikisin bir arada da etmək olar.

Allanblakiadan əldə olunan yağ

Allanblakiadan əldə olunan yağ

“Meşə ərzaqlarına qarşı laqeyidsizlik insanların onları yığışdırıb, yerinə kənd təsərrüfatı qurmaq istəməklərinin əsas səbəblərindəndir. Biz isə sizdən meşələrə daha çox birləşdirilmiş istehsal sahəsi kimi görmənizi istəyirik.”

Meşənin bir hissəsində kənd təsərrüfatını inkişaf etdirmək digər yerlərdə ağacların və onların yetişdirdiyi məhsulları qoruyub saxlamağa imkan yaradır.

Hesabatda həmçinin bildirilir ki, meşə insanlarına torpaq sahəsini idarə etməyə daha çox imkan yaradılırsa, meşənin sağlamlığı və iqtisadi dəyəri artır.

Bunun bir nümunəsi Qanada yerli insanlar tərəfindən idarə olunan aqro-meşə təsərrüfatı layihəsidir. Orada insanlar meyvə yetişdirən Allanblakia bitkisindən gəlir əldə etməyi ümid edirlər. Onun toxumlarından əldə olunan yağdan sabunların və ərzaqların istehsalında istifadə olunur.

Bununla onlar əlavə gəlir əldə edirlər. Onlar torpaqlarında ağaclar yetişdirirlər

“Bununla onlar əlavə gəlir əldə edirlər. Onlar torpaqlarında ağaclar yetişdirirlər. Ağaclar onların pöhrəliklərinə kölgə yaradır. Daha sonra isə biz bütün torpağı birlikdə bərpa edirik. Bu ağaclar karbonu yığıb saxlayır. Beləliklə onlar iqlim dəyişikliyi ilə də mübarizə aparırlar.”

Vira isə həddindən artıq məhsul yığımının Allanblakia kimi yeni məhsulları məhv edə biləcəyini deyir.

“Biz hansısa bir bitkini davamlılığını azaldana qədər istismar etmək istəmirik. Ona görə də biz tədbirli olmalıyıq. Əsasən də bu məhsulların üzərinə bazar dəyəri tətbiq etdiyimizdə, çünki bəzən qısa-müddətli qazanc mənbənin uzunmüddətli davamlılığının qarşısını alır.”

Hesabat meşə və kənd təssərrüfatının yaxşı və diqqətli idarə olunmasının vacibliyini vurğulayır. Baskar Vira deyir ki, düzgün şəkildə həyata keçirilsə bu, yoxsulluq və aclığı aradan qaldıra bilər.

XS
SM
MD
LG