Accessibility links

Meşələrin qırılması və brakonyerlik oranqutanlara təhlükə törədir [Video]


Meşələrin qırılması və brakonyerlik oranqutanlara təhlükə törədir
please wait

No media source currently available

0:00 0:02:37 0:00

Meşələrin qırılması və brakonyerlik oranqutanlara təhlükə törədir

İndoneziyada palma yağı istehsalı biznesi dünyanın ən pis yanğınlarına səbəb olmaqla yanaşı, həm də oranqutanlar daxil olmaqla heyvan qaçaqmalçığı ticarətini mümkün edir. Ölkədə nəsli kəsilməkdə olan bu heyvan növünün ən kiçik üzvlərinə yardım etmək üçün bir sıra tədbirlər görülür.

“İnsanlar oranqutanı ev heyvanı kimi saxlamaq istəyirlər, ona görə də bu ev heyvanlarının ticarəti artır, çünki meşələr qırıldıqca bu heyvanların ovlanmasına imkan yaranır.
Panut Hadisisvoyo

Bir zaman azadlıqdan məhrum edilən bu ana orqanqutanlar övladlarını Asiyanın bioloji müxtəliflik baxımdan ən böyük meşəsi olan Leuser ekosisteminin təpələrində böyüdürlər.

Qununq Luser Milli Parkında meşələrin qırılması səbəbilə oradakı heyvanlar fərqli bir mühitə düşüblər.

Getdikcə daha da çox körpə oranqutan kimsəsiz böyüyür, çünki onların anaları brakonyerlər tərəfindən öldürülür.

Panut Hadisisvoyo qeyri-qanuni ova qarşı mühafizə sisteminə başçılıq edir. O deyir ki, bu ticarətin mövcud olmasının əsas səbəbi meşələrin qırılması nəticəsində heyvanların məcburi olaraq daralan anklavlara düşməsi ilə bağlıdır.

“İnsanlar oranqutanı ev heyvanı kimi saxlamaq istəyirlər, ona görə də bu ev heyvanlarının ticarəti artır, çünki meşələr qırıldıqca bu heyvanların ovlanmasına imkan yaranır. Ticarətçilər oranqutanları Malayziya və Tailand kimi xarici ölkələrə satır,” deyə Panut Hadisisvoyo bildirir.

Sumatra oranqutanı
Sumatra oranqutanı

Qeyri-qanuni ovçular əsasən 6 min 700 oranqutanın, eləcə də kərgədanlar, fillər, pələnglər və leopardların yaşadığı Leuder ekosistemində fəaliyyət göstərir.

2011-2014-cü ilər ərzində Sumatrada, əksəriyyətin isə Leuserdə, 1.3 milyon hektar meşə ərazisi itib, deyə Global Forest Watch təşkiatı bildirir.

Bəlkə də bunun ən böyük səbəbi qeyri-qanuni palma yağı plantasiyaları ilə bağlıdır. Bu yağdan bir çox qəlyanaltıların və kosmetika mallarının istehsalında istifadə olunur.

Torf qurudulur və yandırılır, bu isə canlıların məhv olması və dünyanın ən pis yanğınlarına səbəb olur.

Şirkətlər bu ərazilərə gələndə ən əsas ağacları kəsib, yerlə yeksan edirlər, yandırırlar və daha sonra təkcə oranqutanlar deyil qarışqa, mamır və şibyələrədək hər bir canlını öldürürlər. Amma təbii ki, bu prosess zamanı orqanqutanların da çoxu ölür.
İan Sinqlton

“Şirkətlər bu ərazilərə gələndə ən əsas ağacları kəsib, yerlə yeksan edirlər, yandırırlar və daha sonra təkcə oranqutanlar deyil qarışqa, mamır və şibyələrədək hər bir canlını öldürürlər. Amma təbii ki, bu prosess zamanı orqanqutanların da çoxu ölür,” Sinqlton deyir.

Sumatra Oranqutanları Qoruma Proqramının təsisçisi İan Sinqlton kimi insanlar ov tüfəngi ilə 62 dəfə güllələnən və nəticədə kor qalan bu erkək oranqutan kimi qurbanlara yardım edir.

“Mən onu belə bir məhv edilmə prosesində xilas ola bilən xoşbəxt bir canlı adlandırıram. Amma bu heyvanlar həm də qaçqındırlar," deyə Sinqlton bildirir.

Açeh vilayətinin yarı-muxtar höküməti indi Leuser meşəsinin sahəsinin yarısının qanuni şəkildə becərilməsini təklif edir.

Heyvanları qorumaq üçün yorulmadan çalışan insanlar üçün bu, acı bir faciə kimidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG