Accessibility links

İranda Məşrutə inqilabının ildönümüdür

  • Insafəli Hidayət

İranda Məşrutə inqilabının ildönümüdür

İranda Məşrutə inqilabının ildönümüdür

Məşrutə inqilabından sonra axırda İranın hər yerində, hamı şaha təslim olsa və istibdad geri dönsə də Təbriz şəhərində Səttarxan və Bağırxan kimi adamlar şaha baş əymir, şahın qoşunları Azərbaycanı bir ildən çox mühasirədə saxlayır.

İranın yeniləşmə hərəkatı, Məşrutə İnqılabından 104 il keçir. Artıq altı ildir ki Təbriz şəhərində inqilabın ildönümü ilə bağlı konfrans keçirilir.

İran ziyalıları hesab edir ki, Məşrutə inqilabı hələ də öz məqsədlərinə çatmayıb. İran xalqı indi də yeniləşmə uğrunda mübarizəsini davam etdirir. Ziyalıların fikrincə, yeniləşmə başa çatmadığından yenə də bölgələrdə zaman-zaman inqilablar baş qaldırır. Buna misal kimi, İran Azərbaycanında baaş verən Şeyx Məhəmməd Xiyabani hərəkatını, Demokrat hərəkatını və Xəlqı Müsəlman hərəkatını göstərmək olar.

İran tarixi, o cümlədən, məşrutə inqilabı üzrə elmi araşdırmalar həyata keçirmiş siyasətşünas, hazırda Kanadada yaşayan Doktor Əli Qarajalı, o cümlədən bir sıra tarixçi və tədqiqatçılar hesab edir ki, xarici qüvvələr bu inqilabın başlamasında və sona çatmamasındə böyük rol oynayıb. “O dövrdə Asiya ölkələri arasında İranın durumu daha pis idi. Dünyanın aparıcı dövlətləri olan İngiltərə və Rusiya İranda mənfəətləri uğrunda rəqabət aparırdı və bu səbəbdən öz mənafeləri baxımından tarixi hadisələrə təsir edirdilər”, - deyə doktor Ə. Qarajalu qeyd edib.

Bir sıra tarixçilər isə hesab edir ki, İngiltərə və Rusiya Məşrutə inqilabında müsbət rol oynayıb. Tarixi məlumatlara görə, inqilab zamanı ayətullahlar və ziyalılar Tehranda, İngiltərə səfirliyində şaha öz istəklərini qəbul etdiriblər. Rusiya isə Məşrutə məclisi açılandan sonra İrana 500.000 Rubl yardım edib.

Dr. Qaracalı hesab edir ki, İrana liberal dəyərlər Türkiyədən və sosial demokrat dəyərlər isə Azərbaycan Cümhuriyyəti üzərindən Rusiyadan daxil olub.

Türkiyədə inqilabi düşüncə milli dövlət anlayışı əsas olaraq Fransa inqilabından təsir görmüşdür. Buna görə də Osmanlının ümmət anlayışını rəddedən Gənc Türklər olaraq tanınmış müxaliflərin gizli təşkilatı olan İttihat və Tərəqqi milli dövlət ideyasını mənimsəmiş, Selanikdə başlayan 1909 inqilabı ilə padşah tərəfindən bağlanmış Məclisi Məbbusanın yenidən açılmasına və Qanun-i Əsasinin (əsasqanun) yenidən qüvvəyə minməsinə nail olmaqla hakimiyyətə gəlmişdir.

O zamanda Rusiya Azərbaycanından İrana gələn ziyalıların çoxu isə Rusiyada güclü olan sosial demokrat cərəyanların təsiri altında idilər. Buna baxmayaraq İrana həm Türkiyənin liberal düşüncələrini həm də Rusiyanın sosial demokrat fikirlərini gətirənlər azərbaycanlılar olmuşdur. Araşdırmalar göstərib ki, Hətda Osmanlı İmperiyası daxilində milli, inqilabi və demokratik düşüncələrin çiçəklənməsində istibdada qarşı müxalifət hərəkatının formalaşmasında həm Rusiyadan və həm də İrandan gələn azərbaycanlılar iştirak etmişdir.

Cənab Qaracalı deyir ki, “ O vaxt Azərbaycan Cumhuriyətindən ziyalılar və silahlanmış şəxslər İrana gəlib və dərin tasirlər buraxıb. Axundov kimi ziyalılar məşrutənin fikri əsasının yaranmasında dərin rol oynayıbdır, “Molla Nəsrəddin” jurnalının təsirlərini isə heç kim dana bilməz”.

Doktor Qaracalı hesab edir ki, İranda Məşrutə İnqilabı İran Azərbaycanlılarının fədakarlıqlarının bir nəticəsidir. “Bununla belə Rusların müsbət təsirləri olsa da İran kazaklarının rəisi Rusiyalı Liyaxov yeni bərpa olunmuş parlament binasını top atəşinə tutur, Məşrutədə rolu olanların bir çoxunu öldürür. Axırda İranın hər yerində, hamı şaha təslim olur və istibdad geri dönür. Amma Təbriz şəhərində Səttarxan və Bağırxan kimi adamlar, şaha baş əymir. Şahın qoşunları Azərbaycanı bir ildən çox mühasirədə saxlayır. Təbrizlilər ac qalır, çətin günlər keçirir, minlərlə adam həlak olur. Bunlara baxmayaraq inqilab məğlub olur. Rəsmi Tehran Təbrizdən intiqam alır və minlərlə adamı dar ağaclarına çəkir”, - deyə o qeyd edib.

XS
SM
MD
LG