Accessibility links

Dünyanın məşhur futbolçusu Messinin 5 yaşlı azarkeşi sığınacaq axtarır [Video]


Bu yaxınlarda dünyanın məşhur futbolçusu Leynel Messinin imzasi olan köynək və futbol topu bağışladığı balaca əfqan oğlan təhlükəsizlik səbəbindən vətənini tərk etməli olub. Hazırda o, ailəsi ilə birlikdə qonşu Pakistanda sığınacaq tapıb.

Beynəlxalq futbol ulduzu Layonel Messi 5 yaşlı Murtaza Əhmədinın qəhrəmanıdır. “Mən Messini sevirəm. Mən ona təşəkkür edirəm və onunla görüşmək istəyirəm.”

Argentina futbolçusu Messinin adı və nömrəsi yazılmış sellofan torbadan köynək geyinmiş bu uşaq yanvar ayında internetdə paylaşılan şəkli ilə məşhurlaşdı. Sosial mediada yayılan bu şəkil Argentinanın super-ulduzunun da diqqətini cəlb etdi və o, UNİCEF vasitəsilə Əfqanıstandakı balaca azarkeşinə imzası olan köynək göndərdi.

Belə bir addımin xeyri oldu. Qeyri-hökumət təşkilatı futbol oynamağı öyrənməsi üçün Əhmədinin ailəsini kiçik kənddən Kabilə köçürdü. Çox keçmədi ki bu ailə Taliban və digər cinayətkar qruplardan təhdidlər almağa başladı. Onlar uşağı oğurlayıb, qarşılığında pul tələb edəcəklərini deyirdilər.

Bir ay əvvəl isə 8 nəfərdən ibarət olan bu ailə hər şeyi qoyub qaçmalı oldu. Hazırda onlar Pakistanda qeyri-stabil Quetta şəhərində bir otaqlı mənzildə yaşayır. “Çox çətin bir şəraitdə mən Pakistan səfirliyindən viza almağa məcbur oldum. İslamabada gəldim. Mənim maddi vəziyyətim belə bahalı şəhərdə yaşamağa imkan vermədi və 5 gündən sonra Quettaya köçməli olduq” deyə, Murtuzanın atası Məhəmməd Arif bildirir.

Bütün bunlara baxmayaraq, bu 5 yaşlı uşaq futbol məşqlərini davam etdirir. Bəzən dayısı onu yaxınlıqdakı stadiona, futbol oynamağa aparır. “Mən sülhün olduğu ölkəyə köçmək istəyirəm ki. Murtuza orada futbolçu olmaq arzusuna çata bilsin. Mən onu yaxşı oyunçu kimi görmək istəyirəm ki, o, gələcəkdə Əfqanıstanı təmsil etsin.”

BMT-nin Qaçqınlar Agentliyi bu ailənin qanuni qaçqın status almasına çalışır.

XS
SM
MD
LG