Accessibility links

Məsud Barış: Rokla haqq səsimizi ucaldırıq


Mesud Barışla müsahibə
please wait

No media source currently available

0:00 0:07:50 0:00

Təbrizin “Barış” rok qrupu təkcə İran Azərbaycani deyil, Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrində populyarlıq qazanıb. Qrup keçən il Kazan şəhərində türkdilli ölkələrin musiqi festivalında iştirak edib. Bu günlər Birləşmiş Ştatlarda səfərdə olan rok qrupun solisti Məsud Barış Amerikanın Səsinin qonağı olub və “Amerika icmalı” proqramında müsahibəsində ABŞ-a səfəri, rok musiqisi və gələcək planlarından danışıb.

“Klassik musiqimiz çox zəngindir, muğam musiqisi olduqca zəngindir, amma rok janrı istər Bakıda, istərsə də Təbrizdə çox inkişaf etməyib." Məsud Barış

Tatarıstanda konsertlərdən sonra Türkiyəyə də turnedə olduq. Türkdilli və azərbaycanlı, eləcə də dünyanın hər yerində olan dostlarımızla musiqimizi paylaşa bilməyimizə çox sevinirik, onlarla görüşüb, konsertlər verməyi sevirik. Bu ölkələrdən biri də Amerikadır, çünki burada çox sayda İran azərbaycanlı həmyerlilərimiz, türkdilli qardaşlarımız var. Onlara konsertlər vermək istəyirik. Burada da üç konsertimiz olacaq, ona görə Amerikaya səfər etmişəm”-deyə Məsud Barış bildirib.

Təbrizli musiqiçi Bakıda Azərbaycan Dövlət konservatoriyasında klassik vokal sənəti üzrə təhsili alıb. O, rok musiqisinə üz tutmasını Azərbaycanda bu janrın daha az yayılması və rok vasitəsilə ictimai mövzulara diqqət çəkmək istəyi ilə izah edib. “Klassik musiqimiz çox zəngindir, muğam musiqisi olduqca zəngindir, amma rok janrı istər Bakıda, istərsə də Təbrizdə çox inkişaf etməyib. Rok ciddi musiqidir, etiraz musiqisidir. Bu musiqi vasitəsilə dövrümüzdə insanlara, insaniyyətə olan haqsızlara qarşı çıxmaq, azadlıqlardan danışmaq daha yaxşı mümkün olur.”

Rok ciddi musiqidir, etiraz musiqisidir. Bu musiqi vasitəsilə dövrümüzdə insanlara, insaniyyətə olan haqsızlara qarşı çıxmaq, azadlıqlardan danışmaq daha yaxşı mümkün olur.”-Məsud Barış

Məsud Barış İran Azərbaycanında gənclərin, yeni nəslin nümayəndələrinin rok musiqisini böyük rəğbətlə qarşıladığını deyib: ”Bir tərəfdən bu janra elə buna görə üz tuturuq. Muğamatımız, klassik musiqisimiz həqitətən də çox zəngindir. Amma bir gerçəkliyi də qəbul etməliyik ki, yeni nəsillə yaxşı əlaqə yarada bilmirik.”

Məsud Barış Amerikanın bir sıra ştat və şəhərində, o cümlədən, San-Fransisko şəhərində və Vaşinqton yaxınlığında Virciniya ştatında konsert proqramı ilə çıxış edəcək. O, bədii rəhbəri olduğu rok qrupu ilə yaxın zamanlarda Türkiyədə və Bakıda konsertlər verməyi planlaşdırdığını deyib.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG