Accessibility links

İraq kürdlərinin lideri: İŞİD-ə qarşı mübarizə ideoloji mübarizədir


İraq kürdlərinin lideri Məsud Barzani

İraq kürdlərinin lideri Məsud Barzani

İraq kürdlərinin lideri Məsud Barzani Amerikanın Səsinə müsahibədə deyib ki, İslam Dövləti qrupuna qarşı mübarizədə İraqda tam sabitlik və təhlükəsizliyin təmin edilməsi əsas prioritetdir. O bu mübarizənin təkcə İŞİD-ə qarşı yönəlmiş olmadığını, eyni zamanda İslam Dövləti kimi yeni bir qrupun yaranmasına imkan verməmək oduğunu deyib.

Məsud Barzaninin sözlərinə görə, onun hökuməti İraqın hər yerində təhlükəsizliyin təmin olunması ilə yanaşı ərəblər, kürdlər, türkmənlər və xristianların öz yaşadığı yerlərə qayıda bilməsinə təminat yaratmağa çalışır.

O bildirib ki, İslam Dövlətinə qarşı mübarizə bir neçə sınaq var, lakin kürd Peşmərgə qüvvələri regionda gedən əməliyyatların önündə getməyə nail olub.

Barzaninin bildirdiyinə görə, İŞİD-ə qarşı mübarizə təkcə hərbi və iqtisadi müharibə deyil, həm də ideoloji müharibədir. O deyib ki, regional hökumət gənc insanların İslam Dövləti qrupuna qoşulmaq kimi səhvə yol verməməsi üçün bir sıra praktiki addımlar atır.

Məsud Barzani ABŞ-ın yüksək səviyyəli rəsmilərilə danışıqlar aparmaq məqsədilə Vaşinqtona səfər edib.

Bu həfətinin əvvəli o, İslam Dövləti qrupuna qarşı mübarizə və İraq xalqının ehtiyaclarının təmin edilməsi təşəbbüsləri də daxil olmaqla müxtəlif məsələlər müzakirə etmək məqsədilə ABŞ prezidenti Barak Obama və ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşüb.

Ağ Evin bildirdiyinə görə, prezident Barak Obama və vitse-prezident Co Bayden ABŞ-ın İraqın Kürdüstan regionu və kürd xalqına öhdəliklərinə sadiq qaldığını bir daha təkrarlayıb.

Birləşmiş Ştatlar kürdlərin Peşmərgə qüvvələrinə təhlükəsizliklə bağlı yardım göstərir.

XS
SM
MD
LG