Accessibility links

Mayın 8-də Müşahidə Şürasının sədri Nizami Piriyev barəsində həbs qətimkan seçiləndən sonra fəaliyyətini dayandıran Metanol Zavodu istehsalı iyunun əvvəlində bərpa edəcək. Bu barədə AzMeCo məlumat yayıb.

Mayın 28-də məhkəmənin qərarı ilə Piriyev barəsində həbs qətimkan tədbiri dəyişdirilib.

“Metanol Zavodunun tikintisi və fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan Beynəlxalq Bankından götürdüyüm kredit vəsaitlərinin bir hissəsini istintaq dövründə ödəmişəm, eləcə də kredit borclarımın digər hissəsinin ödənilməsi ilə bağlı Azərbaycan Beynəlxalq Bankı ilə razılıq əldə etmişəm”, deyə Piriyev bildirir. Amma məbləğ barədə məlumat verilmir.

Illik istehsal gücü 720 min ton olan zavodun tikintisi (2009-2013-cü illər) AzMeCo-ya 450 mln dollara başa gəlib. Bunun 150 mln dollarını Avropa Yenidənqurma və İnkişaf Bankı, 300 mln dollarını isəAzərbaycan Beynəlxalq Bankı ayırıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 4 ayında Azərbaycanda 44,9 min ton methanol (metal spirti) istehsal edilib. I rübdə bəyannamə qiyməti 7 mln 526,4 28 min dollar olan 35,7 min ton məhsul ixrac edilib.

XS
SM
MD
LG