Accessibility links

Bu gün beynəlxalq mətbuat azadlığı günüdür. “Freedom House” təşkilatının «Mətbuat Azadlığı 2016» hesabatında dünyanın 199 ölkəsində və ərazisində media azadlığının səviyyəsi dəyərləndirilib.

Hesabatda deyilir ki, dünyada hər 7 adamdan cəmi 1-i medianın susdurulmadığı ölkələrdə yaşayır. Ötən il dünyada mətbuat azadlığı son 12 ildə ən aşağı həddinə düşüb.

“Sərhədsiz Reportyorlar” təşkilatının bildirdiyinə görə, 2015-ci ildə 110 jurnalist öldürülüb. 2005-ci ildən bəri vəzifəsini yerinə yetirərkən ölən jurnalistlərin sayı 787 nəfərdir.

Öldürülən 110 jurnalist

  • 49 jurnalist hədəf alınaraq qətlə yetirilib
  • 18 jurnalist peşəkar fəaliyyətinə görə öldürülüb
  • 43 jurnalist naməlum səbəblərlə həlak olub
  • 27 nəfəri vətəndaş jurnalisti olub
  • 7-si media işçisi olub
  • 36 faiz müharibə zonalarında həlak olub
  • 97 faiz öldürüldükləri ölkələrin vətəndaşı olub

Jurnalistlər üçün 5 ən faciəvi ölkə:

  • İraq
  • Suriya
  • Fransa
  • Yəmən
  • Cənubi Sudan

Jurnalistlərin qətli ilə bağlı insidentlər

  • Charlie Hebdo hücumu; 8-i jurnalist olmaqla, 12 nəfər öldürülüb
  • İslam Dövləti tərəfindən yapon jurnalisti Kenji Gotonun başının kəsilməsi
  • Oğurlanaraq öldürülən Banqladeş blogerləri: Avijit Roy, Ananta Bijoy, Uashiqur Rahman, Niloy Çakrabarti
  • Meksikada foto-jurnalist Ruben Espinozanın qətli
  • Somalidə jurnalist Hindiya Məhəmmədin bomba partlayışı səbəbi ilə ölümü
  • Hindiya Məhəmməd 2015-ci ildə öldürülən 2 qadın jurnalistdən biridir

Həbsdə və ya girovda olan jurnalistlər:

Həbs: 23-ü Çində olmaqla, 153 jurnalist

Girov: 26-ı Suriyada olmaqla, 54 jurnalist

XS
SM
MD
LG