Accessibility links

Mətbuat Şurasından yeni bəyanat: "Əgər xəbər portalları MŞ-nın üzvü olacaqlarsa..."


Yaxın günlərdə Azərbaycan Mətbuat Şurası (MŞ) ölkədə fəaliyyət göstərən xəbər portallarında monitorinqlərə başlayacaq. Mətbuat Şurasının sədri Əflatun Amaşovun APA xəbər agentliyinə bildirdiyinə görə, monitorinq MŞ-da yeni yaradılan internet media ilə bağlı komissiyanın köməyi ilə aparılacaq: “Azərbaycanda xəbər portalları günü-gündən artır. Demək olar ki, hər gün yeni portal yaranır. 50-dən çox xəbər portalı ölkədə baş verən hadisələri mütamadi izləyə bilir. Hələlik monitorinqlər ilk əvvəl bu saytlarda aparılacaq”.

Ə. Amaşov deyib ki, Azərbaycanda ictimai fikrə təsir göstərən çoxsaylı saytlar, internet portallar MŞ-ya üzvlük üçün müraciət ediblər: “Əgər onlar MŞ-nın üzvü olacaqlarsa, “Jurnalistlərin peşə-davranış Qaydaları”nı imzalayacaqlar. Bundan sonra həmin saytlardan şikayət gələrsə, artıq MŞ həmin qaydalara əsasən bu şikayətlərə baxa biləcək. Artıq vətəndaşlar tərəfindən MŞ-ya edilən müraciətlərin arasında xəbər portallarından edilən şikayətlər də yer alır. Əvvəllər belə müraciətlər az idi. Lakin vaxt keçdikcə belə şikayətlərin sayı çoxalır. Biz məcburuq ki, o şikayətlərə də baxaq. Komissiya əsasən bu məqamlarda MŞ-ya yardımçı olacaq”.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

Show comments

XS
SM
MD
LG