Accessibility links

Beynəlxalq Mətbuat Komitəsi Avropa İttifaqını Bakıda mətbuat azadlığının müzakirəsinə çağırır


Mətbuat Azadlığı

Mətbuat Azadlığı

Avropa Ittifaqının vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Federika Mogereninin Azərbaycana səfəri ərəfəsində Beynəlxalq Mətbuat Komitəsinin rəhbəri Coel Saymon ona açıq məktubla müraciət edib. Məktubda Azərbaycanda mətbuat azadlığının ağır vəziyyəti ilə bağlı narahatlıq ifadə olunub.

“Sizə Azərbaycanda mətbuatın ağır vəziyyətdə olduğunu xatırlatmaq üçün yazıram və mətbuat azadlığı mövzusunu Bakıdakı danışıqlarınızda prioritet etməyi xahiş edirəm”, deyə Saymon yazır.

Daha sonra o, Azərbaycanda son iki ildə KİV və jurnalistlərə qarşı misli görünməmiş təzyiq, həbs və təqib faktlarını xatırladır. Bundan əvvəl BBC, “Azadlıq” radiolarının yerli tezliklərdə yayımı qadağan olunub. Sonradan ofislər bağlanıb və Obyektiv TV, Mediaforum və s. kimi bir neçə yerli müstəqil KİV fəaliyyətini dayandırıb.

2014-cü ilin dekabrında Meydan TV online-resursun ofisi onun reportyorlarını təqib edən təhlükəsizlik orqanlarının hədələri ilə əlaqədar bağlanıb. Bir neçə jurnalist uydurma xuliqanlıq, narkotik saxlama, sui- istifadə və s. ittihamlarla həbs olunub. İndi Xədicə İsmayılova da daxil olmaqla, ən az səkkiz jurnalist hələ də həbsdədir.

Çoxsaylı prosessual pozuntulara və dəlillərin olmamasına baxmayaraq, məhkəmələr jurnalistlərin apellyasiya şikayətlərini təmin etməkdən imtina edir. Dekabrda Avropa Şurasının baş katibi Turbyorn Yaqland bildirib ki, təmsil etdiyi idarə Azərbaycanda əsas insan hüquqlarının pozulması ilə bağlı rəsmi araşdırmaya başlayıb. “Biz Sizin Ümumdünya Mətbuat Günü ilə əlaqədar ifadə etdiyiniz azad mətbuata sadiqliyinizi yüksək qiymətləndiririk və Sizi Azərbaycana həbs edilmiş həmkarlarımızı müdafiə etmək üçün bu imkandan istifadə etməyə çağırırıq.

Xüsusən, Sizdən bazar ertəsi günü Azərbaycan rəsmiləri ilə keçirəcəyiniz görüşlərdən mətbuat azadlığının əhəmiyyətini vurğulamaq, hakimiyyəti daha tolerant mühit yaratmağa çağırmaq, habelə Aİ- nin Azərbaycanla əməkdaşlığının vətəndaşların ifadə azadlığı hüququnun təmin edilməsini nəzərdə tutduğunu nəzərə çatdırmaq üçün istifadə etməyinizi xahiş edirik. Azərbaycanda səkkiz jurnalistin dərhal və qeyd-şərtsiz həbsdən azad edilməsi bu yolda mühüm addım olardı”, deyə məktubda bildirilir.

XS
SM
MD
LG