Accessibility links

Bloq: “Azərbaycanda müstəqil jurnalistika təhlükəli peşədir” [Audio]


Nəcəf Nəcəfov Fondunun icraçı direktoru Şahin Hacıyev
Nəcəf Nəcəfov Fondunun icraçı direktoru Şahin Hacıyev

Azərbaycanda ən çox oxunan Facebookdur. Birincisi fikri azad ifadə etmək olur, ikincisi operativdir, üçüncüsü isə çoxsaylı insanı birləşdirir.

İyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir. Nəcəf Nəcəfov Fondunun icraçı direktoru Şahin Hacıyev Amerikanın Səsi radiosuna müsahibəsində ölkədə medianın durumunun ağır olduğunu bildirib.

Şahin Hacıyevlə müsahibə
please wait

No media source currently available

0:00 0:07:01 0:00
Direct link

Onun fikrincə, mətbuat azadlığı məsələsi siyasi azadlıqla bağlıdır. “Azərbaycanda mətbuat dördüncü hakimiyyət rolunu oynaya bilmir. Mətbuatın rolu və ictimai həyata təsiri minimum səviyyədədir. Medianın çap etdiyi hətta sensasion material belə ictimai rol oynamır. Bu isə iqtidarın uzun müddət apardığı siyasətin məntiqi nəticəsidir”.
Ş.Hacıyev hesab edir ki, ölkədə jurnalistlərə təzyiq, onların öldürülməsi siyasi arenada “normal” bir hadisə kimi qəbul edilir. “Təəssüf ki, Azərbaycanla eyni siyasi rejimli ölkələrin hamısında belədir. Bu gün Azərbaycanda müstəqil jurnalistika təhlükəli peşədir. Azərbaycanda jurnalist müstəqil mövqe ifadə edirlərsə, öz fikirlərini müdafiə edirsə, deməli riskə məruz qalır. Müstəqil mövqeli jurnalistlərin müdafiəsi yox səviyyəsindədir. Son hadisələr, məsələn Xədicə İsmayılovaya qarşı edilənlər göstərir ki, burada bilavasitə dövlət orqanları iştirak edir. Bu isə göstərir ki, jurnalistlər həmişə nəzarət altındadır və onların başına hər zaman “iş” gələ bilər”.
Onun fikrincə, Azərbaycan kimi ölkələrdə beynəlxalq təşkilatların hökumətlərin fəaliyyətlərinə təsiri çox məhduddur. “Çünki, Azərbaycanda jurnalistika məsələsi söz azadlığı məsələsi deyil, siyasi azadlıq məsələsidir. Əgər siyasi azadlıqlar yoxdursa, təbii ki, söz azadlığı da ola bilməz. Söz azadlığına münasibət isə yalnız siyasi mühitin dəyişməsi və ya iqtidarın dəyişməsi nəticəsində baş verə bilər”.
İcraçı direktor mətbuatın biznesin bir növü olduğunu xatırladır. “Əslində, hökumət bu biznes mühitinin inkişafı üçün şərait yaratmalıdır. Heç bir normal demokratik ölkədə jurnalistlərə evlər tikilmir və ya paylanmır. Digər tərəfdən diqqətlə izlədikdə görürsən ki, evlər verilən, yardımlar paylanan medialar ya iqtidara işləyənlərdir, ya da adını müstəqil və ya müxalifət qoyub hökumətə işləyənlərdir. Bu yardım, ev verilməsi siyasi hakimiyyətin dəstəyinə yönəldilib. Mətbuatın rolu isə problemləri ortaya çıxarmaq, ictimai rəyə təsir etmək, hökuməti, çatışmamazlıqları tənqid etməkdir. Demokratik ölkədə mətbuatın işi budur. Bizdə isə hər şey edilir ki, bu edilməsin”
Ş.Hacıyev hesab edir ki, Azərbaycan mətbuatı ictimai fikrin daşıyıcısına çevrilə bilib. “Lakin, mətbuatın təsiri yoxdur. İndi Azərbaycanda ən sevimli, ən oxunan Facebook şəbəkəsidir. Nəyə görə? Birincisi fikri azad ifadə etmək olur, ikincisi operativdir, üçüncüsü isə çoxsaylı insanı birləşdirir. Artıq, ölkədə Facebook istifadəçiləri bir milyona çatıb. Bu göstərir ki, xalq daha operativ, daha azad xəbərləri izləmək istəyir. Bunu nəzərə alan iqtidar sosial şəbəkələri nəzarətə alıb. Son zamanlar baş verənlər göstərir ki, aktiv blogerlər də təzyiqə məruz qalır”.
O onlayn medianın ənənəvi mediaya qalib gələcəyinə ümid edir. “Azərbaycanda da onlayn media günbəgün inkişafdadır. Onlayn mediada operativlik yüksək olsa da standartlar yüksək deyil. Buna baxmayaraq insanların doğru və operativ xəbər ehtiyacı yüksək olduğundan bu mediaya həvəs sürətlə artmaqda davam edir. Məsələn, avtoritar, diktator rejimlərdə ənənəvi media doğru və operativ xəbər yaya bilmir. Hələ ki, İran, İraq, Suriya kimi ölkələrdəki doğru xəbərləri cəmiyyətlər onlayn mediadan almaqda davam edir. Bu prosesin isə nə qədər davam edəcəyi bəlli deyil”, - deyə qeyd edib.
Rəsmi Bakı isə ölkədə media azadlığının tam bərqərar olduğunu bildirir. Prezident Əliyev çıxışlarında dəfələrlə deyib ki, ölkədə mediaya hər hansı siyasi təsir yoxdur. Senzura ləğv edilib, mediaya hökumət yardımları edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG