Accessibility links

Russiya rəsmiləriinin sözlərinə görə, bu gün səhər Rusiyada Ural dağları üzərindən keçən meteor partlayışlar və şüşələrin sınmasına səbəb olub.

Rəsmilər Çelyabinsk regionunda 400-dən çox insanın xəsarət aldığını bildirib. Onların əksəriyyəti şüşələrin sınması nəticəsində xəsarət alıb.

Yerli rəsmilər partlayış nəticəsində Çelyabinski sink fabrikinin divar və damının zədələndiyini deyib.

Rəsmilər mobil telefonların fasilələrlə çalışdığını bildirib.

Meteor 2012 DA 14 adı ilə tanınan asteroidin Yer kürəsinin yaxınlığından keçməsindən bir neçə saat əvvəl düşüb.

ABŞ Fəza Agentliyi NASA bildirib ki, 45 metr enində olan asteroid Yer kürəsindən 27 min kilometrlik məsafədən keçməlidir. Buna baxmayaraq agentlik asteroidin Yer kürəsinə düşməyəcəyini əminliklə bildirib.

Avropa Fəza Agentliyi Twitterdə bildirib ki, Rusiya üzərindən keçən meteorun asteroidlə heç bir əlaqəsi yoxdur.

XS
SM
MD
LG