Accessibility links

Sahil və İçərişəhər metro stansiyaları işləmir - tuneldə qrunt suları artıb


Bakı metropoliteni loqosu

Bakı metropoliteni loqosu

Həzi Aslanov - İçərişəhər xəttində yerləşən “Sahil” stansiyasının tunelində qrunt sularının axımında artım müşahidə olunub. Bu səbəbdən “Sahil” və “İçərişəhər” stansiyaları bağlanıb.

Metropolitendən Amerikanın Səsinə bildiriblər ki, hazırda su axımının qarşısı alınır, yaxın zamanda cərəyan veriləcək və hərəkət bərpa ediləcək.

“Biz təhlükə yaşanmaması üçün təmas reyslərindən gərginliyi araladıq. Həzi Aslanov - İçərişəhər istiqamətində hərəkət edən qatarlar hazırda “Nizami” stansiyasına keçirilib və oradan geri qaytarılır”, dispeçer xidmətindən bildiriblər.

XS
SM
MD
LG