Accessibility links

Vaşinqton metrosu elektrik naqillərində yaranan nasazlıq səbəbiylə çərşənbə günü fəaliyyətini dayandırıb.

Metro rəsmiləri bu qərarı bazar ertəsi günü tuneldə baş verən yanğından sonra verib. Buna bənzər hadisə keçən il baş vermiş və hadisə zamanı bir nəfər tüstüdən həyatını itirmişdi.

Nəqliyyat sisteminin rəhbəri Pol Vidifild bildirib ki, o, baş verə biləcək hər bir həyatı təhlükənin qarşısını almaq üçün bu addımı atıb.

Son 40 il ərzində ilk dəfədir ki, metro hava şəraiti səbəbi olmadan nəqliyyatını dayandırır.

Sərnişinlər və yerli siyasətçilər uzun müddətdir ki, Vaşinqton metrosunda yaranan nasazlıqlar, gecikmələr və metro rəsmilərinin hadisələrə gec reaksiyasına görə narazılıqlarını bildirirlər.

Hər gün yüz minlərlə sərnişin və turist metrodan nəqliyyat vasitəsi kimi istifadə edir.

Vaşinqton metrosu ölkədə Nyu-York-dan sonra 188 km uzunluğu ilə ikinci ən böyük nəqliyyat sistemidir.

XS
SM
MD
LG