Accessibility links

Sakinlər kompensasiyanın azlığına etiraz olaraq yolu bağlayıb [Videolar]


Sakinlər yolu bağlayıb

Sakinlər yolu bağlayıb

Bakı “Avtovağzal”ı yaxınlığındakı “Motodrom” yaşayış massivində yaşayan sakinlər evlərinin sökülməsi müqabilində verilən kompensasiyasının az olmasına etiraz olaraq oktyabrın 7-də səhər saatlarında Bakı-Sumqayıt yolunu bağlayıb. Yolda böyük tıxac yaranıb. Hadisə yerinə Binəqədi rayon icra hakimiyyətinin başçısının birinci müavini və polis gəlib. Danışıqlar nəticəsində sakinlər yolu açıb. Hazırda icra hakimiyyətinin nümayəndələri ilə sakinlər danışılar aparır.

Bakı metrosunun xəritəsi

Bakı metrosunun xəritəsi

“Bakı Metrpoliteni” Qapalı Səhmdar Cəmiyyəti metro tikintisilə bağlı ərazidəki yaşayış evlərinin sökülməsinə qərar verib. Sakinlər isə ödənilməsi nəzərdə tutulan kompensasiyaların azlığına etiraz edir: “Bizə hər kvadratmetrə görə 500-600 manat pul təklif edirlər. Bu isə olduqca azdır və bu pulla biz yeni ev ala bilmərik”, sakinlərdən biri deyib.

“Bakı Metrpoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev Amerikanın Səsinə bildirib ki, metronun "Avtovağzal" stasiyasından Xocahəsən qəsəbəsində tikilməkdə olan yeni depoya tunel çəkilir. "Qərara alınıb ki, tunelin üzərinə düşən 66 yaşayış evi köçürülsün. Artıq evlərin köçürülməsi ilə bağlı müvafiq qurumlar qərar qəbul edib, evlərin qiymətləndirilməsi aparılıb. Bütün bu işləri müvafiq icra hakimiyyəti orqanları yerinə yetirir. Metropoliten qiymətləndirmə və köçürmə həyata keçirmir”, o qeyd edib.

XS
SM
MD
LG