Accessibility links

Metropolitain muzeyində məşhur dizayner Aleksandr Makkuinin sərgisi nümayiş etdirilir (VODEO)

  • Nərminə Cəlalqızı

Metropolitain muzeyində məşhur dizayner Aleksandr Makkuinin sərgisi nümayiş etdirilir (VODEO)

Metropolitain muzeyində məşhur dizayner Aleksandr Makkuinin sərgisi nümayiş etdirilir (VODEO)

Aleksandr Makkuinin “Vəhşi Gözəllik” adlı sərgisinə tamaşa etmək üçün muzeyə 250 000-dən çox insanın gəldiyi deyilir

May ayının 4-də Britaniyanın məşhur dizayneri Aleksandr Makkuinin “Vəhşi Gözəllik” adlı sərgisinə tamaşa etmək üçün Nyu York şəhərindəki Metropoliten muzeyinə 250 000-dən çox insan gəlib.

20 illik karyerası dövründə Aleksandr Makkuin özünə çoxsayda pərəstişkar cəlb etmiş və onun Britaniyanın moda sənayesinin böyüməsində əvəzsiz xidməti olmuşdur.

Muzeyin kuratoru Endryu Bolton Aleksandr Makkuinin dizayn etdiyi paltarların gündəlik istifadə üçün yaramadığını deyir. O, Makkuinin daha çox geyinilə bilməyən paltarlar dizayn etdiyini deyir. Bolton Makkvinin ilhamı ədəbiyyatdan, rəssamlıqdan, tarixdən, baxdığı filmlərdən, eləcə də öz həyatından aldığını deyir.

Əsli Şotlandiyadan olan Makkuin 1995-ci ildə nümayiş etdirdiyi “Haylendin Zorlanması” adlı sərgisində cırıq və parçalanmış paltarlarla Britaniyanın 1700-1800-cü illərdə Şotlandiyada törətdikləri zorakılıqları nümayiş etdirmək istəyib.

Sərgidə Makkuinin başa çatdırmadığı işlər də nümayiş etdirilib. 40 yaşlı Aleksandr Makkuin keçən ilin fevral ayında anasının vəfatından bir neçə gün sonra intihar edib.

XS
SM
MD
LG