Accessibility links

Müdafiə Tədqiqatları Mərkəzi beynəlxalq münaqişələri və hərbi problemləri öyrənir. Mərkəzi NATO maliyyələşdirir.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Estoniyanın paytaxtında Beynəlxalq Müdafiə Tədqiqatları Mərkəzinə rəhbərlik edəcək. Turan Agentliyi bildirir ki, yaxın vaxtlarda cənab Brayza öz vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, erməni lobbisinin təzyiqləri səbəbindən namizədliyi Senatda təsdiqlənmədikdən sonra 48 yaşlı Brayza dövlət xidmətindən çıxıb. Bundan sonra o, yanvarın sonlarında ailəsi ilə İstanbula gedərək orada özəl bankların birində çalışıb. Bu yaxınlarda verdiyi müsahibəsində o, Türkiyədə qalıb işləmək niyyətində olduğunu bildirib.

Yeni təyinata gəlincə, Müdafiə Tədqiqatları Mərkəzi adından da göründüyü kimi, beynəlxalq münaqişələri və hərbi problemləri öyrənir. Estoniyanın Tallin şəhərində yerləşən Müdafiə Tədqiqatları Mərkəzini NATO maliyyələşdirir.

XS
SM
MD
LG