Accessibility links

Metyu Brayza: Biz Xəzərdə təhlükəsizlik sahəsində yeni əməkdaşlıq frazasının başlanğıcındayıq


Metyu Brayza: Biz Xəzərdə təhlükəsizlik sahəsində yeni əməkdaşlıq frazasının başlanğıcındayıq
Metyu Brayza: Biz Xəzərdə təhlükəsizlik sahəsində yeni əməkdaşlıq frazasının başlanğıcındayıq

Amerika Xəzərdə təhlükəsizlik məsələlərində Azərbaycana kömək etmək istəyir. Transxəzər qaz kəmərinin ətraf mühitə təsirləri layihədə qiymətləndiriləcək. Azərbaycan-Amerika təhlükəsizlik dialoqunun detalları üzərində işlənilir.

“Biz Xəzərdə təhlükəsizlik sahəsində yeni əməkdaşlıq frazasının başlanğıcındayıq.” Bu barədə Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza Amerikanın Səsi radiosunun sualının cavabında bildirib.

Onun sözlərinə görə, Amerika Azərbaycana Xəzərdə yerləşən enerji infrastrukturunu ən yaxşı formada necə qorumaq üçün düşünməkdə kömək edir. “Azərbaycan artıq bilir ki, öz milli resurslarını necə qorumalıdır. Lakin, hər zaman gözlənilmədən hansısa bir hadisə və risklər problemlər yarada bilər. Bizim bu sahədə təcrübəmiz var və təcrübəmizi Azərbaycanla bölüşmək istəyirik.”

Amerikanın Səsinin “İran və Rusiya transxəzər qaz kəmərinin çəkilişinin əleyhinədir. Bu ölkələrdən təhlükələr olarsa Amerika Azərbaycana hansı köməyi göstərə bilər?” sualının cavabında Metyu Brayza deyib ki, bu bir qədər hipotetik sualdır. “Amma, ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Bakıda neft-qaz sərgisində deyib ki, Azərbaycan və Türkmənistan müstəqil və suveren ölkələrdir. Biz onların suverenliyinə və müstəqilliyinə çox böyük hörmətlə yanaşırıq. Bu ölkələr öz enerji infrastrukturunu necə qorumaq və enerji resurslarının hansı istiqamətdə nəqli barədə özləri qərar qəbul etməlidir.”

Səfir həmçinin əlavə edib ki, bu ölkələrin boru kəmərinin ətraf mühitə təsirini qiymətləndirilməsi layihə zamanı nəzərə alınacaq. “Boru kəmərinin bir dəniz vasitəsi ilə qazı Avropaya çatdırılması ekoloji cəhətdən təhlükəsizdir, amma Xəzər vasitəsi ilə qazın Avropaya çatdırılmasının ətraf mühitə zərər vurmasını demək məntiqsiz yanaşmadır”, - deyə cənab Brayza Rusiyanın Azərbaycandakı səfirinin bu günlərdə transxəzər qaz kəmərinin ətraf mühitə təsirinin sahilyanı dövlətlərlə razılaşdırılmasının vacibliyi barədə bəyanatına dolayısı ilə cavab verib.

O, Azərbaycan-Amerika təhlükəsizlik dialoqunun növbəti raundunun nə vaxt keçiriləcəyi ilə bağlı sualın cavabında “biz detalların üzərində işləyirik” deyə bildirib. “Ümumilikdə təhlükəsizlik sahəsində əlaqələrlə bağlı çox pozitiv məqamları hiss edirəm. Hazırda bu sahədə bölüşmək üçün bunda başqa hansısa yeni məlumatım yoxdur”, - deyə o qeyd edib.

XS
SM
MD
LG