Accessibility links

Metyu Brayzanın Azərbaycanda diplomatik fəaliyyəti başa çatır


Metyu Brayzanın Azərbaycanda diplomatik fəaliyyəti başa çatır
Metyu Brayzanın Azərbaycanda diplomatik fəaliyyəti başa çatır

Cənab Brayzanın nominasiyası Kaliforniya senatoru Barbara Bokser tərəfindən saxlandığı üçün təsdiq edə bilməyib. Prezident Obama xüsusi səlahiyyətlərdən istifadə edərək 2010-cu ildə dekabrın 29-da Metyu Brayzanı səfir təyin edib. Prezidentin sərəncamı bir il qüvvədə qalır.

Prezident İlham Əliyev dekabrın 27-də Amerikanın Azərbaycandakı səfiri Metyu Brayzanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Səfir Brayza prezidenti Əliyevin anadan olmasının 50 illiyi münasibətilə ABŞ Prezidenti Barak Obamanın ünvanladığı təbrik məktubunu Birləşmiş Ştatların Azərbaycan ilə tərəfdaşlıq əlaqələrinə nə dərəcədə yüksək qiymət verməsinin göstəricisi kimi dəyərləndirib. O Azərbaycandakı diplomatik fəaliyyəti dövründə müxtəlif regionlara səfərlər etdiyini deyib. “Bu səfərlər zamanı ölkənizin gözəl təbiətə, zəngin mədəniyyətə və müxtəlif dini-mənəvi dəyərlərə malik olduğunu müşahidə etdim”.
Prezident Əliyev Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirib. O səfir Brayzanın Azərbaycandakı diplomatik fəaliyyətini yüksək qiymətləndirib. Cənab Əliyev Azərbaycan ilə ABŞ arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə Amerika səfirinə minnətdarlığını bildirib.

Xatırladırıq ki, ABŞ prezidenti Barak Obama Konqres tətildə olduğu zaman ona dövlət başçısı kimi verilmiş xüsusi səlahiyyətlərdən istifadə edərək 2010-cu ildə dekabrın 29-da Metyu Brayzanı ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin edib. Prezidentin sərəncamı bir il müddətinə qüvvədə qalır. Cənab Brayzanın nominasiyası Senatın Xarici Əlaqələr Komitəsinin üzvü, Kaliforniya senatoru Barbara Bokser tərəfindən saxlandığı üçün komitə onu vəzifəyə təsdiq edə bilməmişdi.

Prezident Obama Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə nominasiyasını 2010-cu ildə mayın 25-də irəli sürmüşdü.

XS
SM
MD
LG