Accessibility links

Meksikanın cənub-şərq ştatı Verakruzda avtobusun yük maşını ilə toqquşması zamanı baş verən yanğının azı 36 nəfərin ölümünə səbəb olduğu xəbər verilir. Rəsmilər qəza zamanı cəmi 4 nəfərin sağ qaldığını bildirib.

Ölkənin Mülki Müdafiə Agentliyinin bildirdiyinə görə, avtobusdakı qurbanlar Villahermosa ştatının paytaxtı Tabaskodan Mexikoya gedən iş adamları olub.

Meksika prezidenti Enrike Pina Nyeto Tvvitter vasitəsilə ölənlərin ailələrinə baş sağlığı verib.
XS
SM
MD
LG