Accessibility links

Bazar günü Meksikanın təxminən 20-yə yaxın şəhərində minlərlə insan Birləşmiş Ştatlar prezidenti Donald Trampın sərhəddə divar inşa etmək planına qarşı etiraz yürüşü keçirib.

Yerli rəsmilərinin bildirdiyinə görə, ölkənin iki böyük şəhəri, paytaxt Mexiko və Quadalaharada yürüşə çıxanların sayı 30 min olub.

Meksika bayraqları dalğalandıran etirazçılar Trampa qarşı şüarları həm ispan, həm də ingilis dillində səsləndirib.

Etirazçılar eyni zamanda öz prezidentləri Pena Nyetonu tənqid edərək, onun zəif lider olduğunu, ölkədə korrupsiya və zorakılığın baş alıb getdiyini deyiblər.

Tramp və Pena Nyeto arasında ölkələrinin münasibətləri ilə bağlı dərin fikir ayrılıqları var ki, bu, hələ Tramp prezident olmazdan öncə mühacirət və ticarətlə bağlı vədlər verməsi ilə meydana çıxmışdı.

XS
SM
MD
LG