Accessibility links

Mexiko şəhərinin şimalında qaz tankerinin partlaması nəticəsində 10-u uşaq olmaqla, azı 22 nəfər ölüb. Partlayış zamanı 36 nəfərin də yaralandığını bildirilir.

Rəsmilər evlərin dağılması və avtomobillərin yanmasına səbəb olan partlayışın çərşənbə axşamı paytaxt yaxınlığındakı Ekatepes şəhərində baş verdiyini deyir. Onlar eləcə də, müalicə üçün xəstəxanaya aparılan sürücünün həbs edildiyini bildirir.

Qaz tankerinin Termoqas şirkətinə aid olduğu deyilir.
XS
SM
MD
LG