Accessibility links

"Meydan" televiziyasının əməkdaşları Daxili İşlər Nazirliyinə müraciət edəcək


Meydan TV
Meydan TV

Jurnalistlər ölkədən xaricə buraxılmayıb

İyunun 30-da Azərbaycandan Gürcüstana buraxılmayan "Meydan" televiziyasının əməkdaşlsarı Natiq Cavadlı, Şirin Abbasov, Aytən Fərhadova və Elnur Muxtarov bu gün Daxili İşlər Nazirliyinə müraciət edəcək.

Jurnalistlər müraciətlərində Azərbaycan sərhədindən xaricə buraxılmamalarının səbəbləri ilə bağlı məlumat verilməsini istəyir.

Bu barədə Natiq Cavadlı Amerikanın Səsinə bildirib.

“Dünən Ağstafa rayonunda Böyük Kəsik qatar stansiyasında (Bakıdan 442 kilometr qərb) sərhəd-keçid məntəqsində biz, - dörd əmkldaşı qatardan düşürdülər, Gürcüstana buraxmadılar. Səbəb kimi Daxili İşlər Nazirliyinin ölkədən çıxışımıza “stop” qoyduğunu bildirdilər,” o, qeyd edib.

Bununla yanaşı, "Meydan" televiziyasının qatarda olan digər əməkdaşları sərhəddən buraxılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG